Məhkəmə qərarları › İş №3(067)-216/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-216/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-216/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs barəsində Azərbaycab Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə X1 evinə girərək məişət avadanlıqlarını yararsız hala salmış və ona 2290 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, X4 bacısının keçmiş həyat yoldaşıdır, onlar 3 il olar ki ayrılmışlar. Sonradan onlar arasında uzun müddət söz-söhbət olduğunu bildiyi üçün evə daxil olaraq X2 məxsus olan ev əşyalarını yararsız hala salmışdır. Törətdiyi əməldən olduqca peşmandır və məhkəmədən ona aşağı həddə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində vurulmuş ziyanın 1 misli miqdarında, yəni 2290 (iki min iki yüz doxsan) manat məbləğində cərimə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, vurulmuş ziyanın 1 misli miqdarında, yəni 2290 (iki min iki yüz doxsan) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar