Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-22/2023 05.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X4, X1 iştirakları ilə, 09 avqust 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan X6 Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X4 15 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X4 15 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon X11 Yol Polisinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə olunmuşdur. Qərarın surətini 22 dekabr 2022-ci il tarixdə almışdır. O, həmin qərar ilə razı deyil. Belə ki, hadisə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində EKO marketin qarşısında qeydə alınmışdır. Yol patrul xidmətinin baş inspektoru Namik İmanov sola və geriyə dönmə qaydalarını pozduğunu əsas gətirərək barəsində protokol tərtib etmişdir. Əslində hadisə yerində dönməyə məhdudiyyət barədə hər hansı bir yol nişanı yoxdur, yoda qırıq xətt mövcuddur. Hadisə yerinə baxış keçirməklə bunu müəyyən etmək mümkündür. Belə olduğu halda dönməyə məhdudiyyət tətbiq edilə bilməz. Ona görə də o, qərardan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X7 tərəfindən barəsində tərtib edilmiş 15 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Yol Patrul Xidməti Baş inspektoru polis leytenantı X7 göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində xidməti vəzifəsini yerinə yetirərkən şəxsiyyəti sonradan ona X5 müəyyən olunan şəxsin idarə etdiyi “TOYOTA CAMRY” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci bəndinə əsasən müvafiq protokol tərtib edilmişdir. Hesab edir ki, Həsən Əmirovun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X14 Bölməsinin 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 dekabr 2022-ci il tarixdə X8 idarə etdiyi “TOYOTA CAMRY” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur; 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 dekabr 2022-ci il tarixdə X8 idarə etdiyi ““TOYOTA CAMRY” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Buna əsasən X8 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, 15 dekabr 2022-ci il tarixdə X8 idarə etdiyi “TOYOTA CAMRY” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X14 Bölməsinin 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X14 Bölməsinin 15 dekabr 2022-ci il tarixli, TP-5451162 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-22/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-22/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver