Məhkəmə qərarları › İş №3(067)-222/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-222/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-222/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Xaçmaz rayonunun, Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019cu tarixli, 2(067)-949/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq X4 ödənilməlidir. Hazırda borclunun icra sənədi üzrə 3370 manat miqdarında aliment borcu vardır. Dəfələrlə borcludan borcunun ödənilməsi tələb olunsa da, borclu tam olaraq borcu ödəmir. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 2(067)-949/2019 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında aliment tutularaq X4 ödənilməlidir. Onun hal-hazırda ödənilməmiş 3370 manat aliment borcu vardır.İşsiz olduğu üçün borcunu ödəməkdə çətinlik çəkir. Gün ərzində borc üzrə 200 manat ödəməyə söz verir. Ona görə də, barəsində inzibati həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 2(067)-949/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında aliment tutularaq ona ödənilməlidir. Uşaqları saxlamaqda çətinlik çəkir, borclu isəöhdəlikləri icra etməkdən yayınır. Ona görə də, borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X8 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 2(067)-949/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq X4 ödənilməlidir. Hazırda borclunun icra sənədi üzrə 3370 manat miqdarında aliment borcu vardır. Dəfələrlə borcludan borcunun ödənilməsi tələb olunsa da, borclu tam olaraq borcu ödəmir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 2(067)-949/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq X4 ödənilməlidir. Hazırda borclunun icra sənədi üzrə 3370 manat miqdarında aliment borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İsrafilov X7 Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar