Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-222/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarın ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə inzibati tənbeh vermə haqqında EQ 18543906, EQ 18544166, EQ 23478653, EQ 23499165, EQ 23659897, EQ 2408697, EQ 24088077 və İXP ******* saylı qərarlar mübahisələndirilsə də, həmin qərarlar şikayətə əlavə olunmamışdır. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala qərarından şikayət verilən şəxs tərəfindən kserosurət kimi inzibati xəta haqqında protokollara dair çıxarışlar əlavə olunsa da, həmin protokollara dair çıxarışların hansı mənbədən əldə edilməsi (götürülməsi) müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarların təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarların mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri mümkünlüyü həmin qərarlardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 inzibati tənbeh vermə haqqında EQ 18543906, EQ 18544166, EQ 23478653, EQ 23499165, EQ 23659897, EQ 2408697, EQ 24088077 və İXP ******* saylı qərarların ləğv edilməsi barədə verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-222/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-222/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver