Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-223/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri,Ə.Cavad küçəsi 7 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx xxxx 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1373 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü Mustafayev Röyal Mustafa oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (yüz) manat aliment və 30 manat pul əlavə xərc kimi Şəxs alınaraq iddiaçı X3 ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu cəmi 1080 (bir min səksən) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borcu son dəfə dekabr, yanvar və fevral aylarında aliment ödəmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcun əsas hissəsi o səbəbdən yarandı ki, ikinci dəfə ailə qurub, ikinci arvadından bir uşağı var. Müntəzəm olaraq ödənişlər edir. Son dəfə 2020-ci ilin dekabr ayında 100 manat, 2021-ci ilin yanvar ayında 50, fevral ayında 50 manat ödəmişdir. İmkanı olduqca borcu tam ödəməyə çalışacaq. Məhkəmədə tələbkar şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-1373 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər ay 100 (yüz) manat aliment və 30 manat pul əlavə xərc kimi ödəməlidir. Aliment borcunun bir dəfəyə ödənilməsini tələb edir. Hazırda borclunun ona 1080 manat aliment borcu var. Borclu ona hər ay ödəniş etsə də, ödəniş tam olmur. Son dəfə dekabr, yanvar və fevral aylarında ödənişlər etmişdir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. İş materiallarında olan X7 saməddin qızı tərəfindən imzalanmış qəbzdən görünür ki, borclu Şəxs tələbkara ödəməli olduğu aliment pulundan xx.xx.2020-ci il tarixdə 600 (altı yüz) manat pul ödəmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən X1 ******************** saylı hesabına xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 50 manat pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, azyaşlı uşaq X5 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, olunan normanı rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağın olması yüngülləşdirən hal kimi nəzərə alınır. Göründüyü kimi Şəxs müntəzəm olaraq ödənişlər etmiş, son üç ayda ödənişlər etmişdir. Onun məhkəmə qətnaməsini icra etməkdən yayınmamasını, borcu ödəməməsini maddi imkanı ilə bağlı olmasını nəzərə alaraq barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-223/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-223/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver