Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-228/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Oğuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu Xırdalan qəsəbəsi, AAF park 25/11/34-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə xidmətdə olan YPX və PPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə xidmətdə olan YPX və PPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin əlilliyi olamdığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, avtomaşınının duracağa yerləşdirilməsinə etiraz etməmiş və özü də könüllü olaraq polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon DYPB-nin YPXİ inspektoru polis baş serjantı X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə saxlayaraq sənədlərini təqdim etməsini xahiş etmiş, lakin o, sənədləri təqdim etməkdən imtina etmişdir. Həmçinin o, avtomaşını duracağa yerləşdirilməsindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon DYPB-nin YPXİ-nin müfəttişi X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə saxlayaraq sənədlərini təqdim etməsini xahiş etmiş, lakin o, sənədləri təqdim etməkdən imtina etmişdir. Həmçinin o, avtomaşını duracağa yerləşdirilməsindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon PŞ-nin PPX bölüyünün komandir müavini X5 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon DYPB-nin YPXİ-nin çağırışı ilə xidmət etdikləri N.Nərimanov küçəsində onlara yaxınlaşmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi özləri ilə şöbəyə getməyi dəvət etdikdə, o, heç bir mübahisə etmədən onlarla şöbəyə getməyə razı olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon PŞ-də polis nəfəri X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon DYPB-nin YPXİ-nin çağırışı ilə xidmət etdikləri N.Nərimanov küçəsində onlara yaxınlaşmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi özləri ilə şöbəyə getməyi dəvət etdikdə, o, heç bir mübahisə etmədən onlarla şöbəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuş və xx xxxx 2021-ci il tarixdə saat 12:00da azad edilmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, evli olmaqla himayəsinə 1 yaşında övladının olmasını, əvvəllər məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1993-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs xx xxxx 2021-ci il tarixdən saat 16:30-dan xx xxxx 2021-ci il tarixə saat 12:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 100 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-228/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-228/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver