Məhkəmə qərarları › İş №3(067)-229/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-229/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-229/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qarabağı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o,xx xxxx 2021-ci il tarixdə saat 07:10 radələrində VAZ 21011 markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Mersedes Benz markalı 99 BB-823 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxx 2021-ci il tarixdə saat 07:10 radələrində VAZ 21011 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Mersedes Benz markalı 99 BB-823 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Həmçinin o, əlilliyin olmadığını bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və barəsində tərtib olunmuş inzibati xəta haqqında İXP ******* saylı protokol ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə bu növ inzibati xəta törətməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1977-ci ildə Xaçmaz rayonunda anadan olan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar