Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-23/2023 13.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X9, Şəxs MMC-nin nümayəndəsi X3, Xaçmaz rayon prokurorluğunun nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - İstehsal müəssisəsinin briqadiri X4 (FİN:48760SZ) texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi işçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmamasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, “İstehsalat şöbəsi (Ət və hazır yeməklər) briqadirinin vəzifə və texniki təhlükəsizlik təlimatının 2.8-ci bəndinin tələblərini pozaraq iş zamanı fərdi mühafizə vasitələrindən daimi istifadə olunmasına nəzarət etməməsinə görə həmin müəssisədə fəhlə işləyən X10 xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində Xaçmaz rayonu ərazisində yerləşən işlədiyi müəssisənin ət emalı sexinin köməkçi sahəsinin köməkçi giriş qapısının qarşısında təmizlik işlərini apararkən içərisi 2 %-lik kaustik soda məhlulu ilə dolu olan vedrəni əlindəki təmizlik fırçası ilə kənara itələyərkən vedrədəki soda məhlulunun gözünə sıçraması nəticəsində ehtiyatsızlıqdan sonuncu “sağ gözünün bleforo-konyunktiviti” kimi sağlamlığa yüngül zərər vuran xəsarət almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs işə baxılmasnın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, əməldə inzibati xəta tərkibi mövcud deyil. Şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin rəisi cənab Elnur Musayev hüquqi cəhətdən yalnış olaraq X15 MMC-nin istehsalat şöbəsinin briqadiri X2 Şəxs MMC-ni təmsil etmək, onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan həmin cəmiyyətin vəzifəli şəxsi kimi qiymətləndirmiş, buna görə də AR İXM-nin 18.2-ci maddəsinə istinad edərək briqadir Y.Mirzəyeva ilə eyni zamanda həmçinin hüquqi şəxs qızını Şəxs MMC-nin də AR İXM-nin 198.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Halbuki Y.Mirzəyeva Şəxs MMC-Nİ təmsil etmək, onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan şəxs olmamışdır. Məhkəmə iclasında Xaçmaz rayon prokurorluğunun nümayəndəsi X12 izahatında Şəxs MMC barəsində müvafiq qaydada inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan X5 izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 00- 00-dan saat 08-00-dək gecə növbəsində olmuş, o, piy əridilməsi sexində təmizlik işləri aparmışdır. Növbəyə çıxan zaman operator tərəfindən bütün fəhlələrə təhlükəsizlik qaydaları çatdırılmış, bundan sonra briqadir bütün fəhlələrə eynək, əlcək, maska paylamışdır. O, 10 litrlik vedrədə hazırlanmış soda məhlulu ilə istehsalat sahəsini, qazanların təmizlənməsinə başlamışdır. Təmizlik zamanı onlara uzun şotka verilir və həmin şotkanı soda məhluluna batırıb yerləri və qazanları təmizləyir. Həmin günü də sexin çıxış hissəsində içərisində soda məhlulu olan vedrəni kənara çəkmək istəyirdi ki, vedrədə olan mayeni kanalizasiyaya boşaltsın, bu vaxt işini bitirdiyi üçün gözündəki eynəyi çıxarmışdı, o, səhlənkarlıq edib vedrəni kənara çəkmək əvəzinə, şotka ilə vedrəni kənara çəkmək istəyəndə vedrə əsmiş və vedrədə olan soda məhlulu onun gözünə sıçramışdı. O, məhlul gözünə sıçradığı üçün qışqırıb ətrafdakıları köməyə çağırmışdır. Onu tez xəstəxanaya aparmışlar. Hazırda vəziyyəti yaxşıdır. İşinə qayıtmışdır. Hadisə ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə -X8 22 noyabr 2022-ci il tarixli 645 saylı rəyindən müəyyən olunur ki, X5- onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözünün bieforo-konyunktiviti kimyəvi maddənin təsirindən törənməklə, qərarda qeyd olunan müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə gözə kimyəvi maddənin sıçraması nəticəsində əmələ gələbilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli 10/7771 saylı rəyindən müəyyən olunur ki, Şəxs MMC-nin ət emalı sexinin köməkçi sahəsində kaustik soda məhlulu ilə təmizlik işlərini aparan işçisinin fərdi mühafizə vasitələrindən (konkret halda qoruyucu halda eynək) istifadə etməməsi baş vermiş hadisənin texnii səbəbi olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Şəxs MMC-nin istehsalat şöbəsinin briqadiri X1 barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə növündə tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN № **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1250 (bir min iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-23/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-23/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver