Məhkəmə qərarları › İş №3(067)-23/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-23/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-23/2025 06.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Tərəflərin iştirakı olmadan, X2 BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-24844664 saylı elektron qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-24844664 saylı qərarının ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2024-cü ildə barəmdə AR İXM-nin 353.2-ci maddəsinə əsasən EQ № 24844664 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 600 (altı yüz) manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş xx.xx.2024-ci il tarixli EQ № 24844664 saylı qərarla razılaşmır. Belə ki, qəbul edilmiş qərarda idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı, Kamaz 5320 yük markalı nəqliyyat vasitəsinin çəkisinin 46720 kq (Limit: 44000 kq) olduğu göstərilmişdir. Həmin tarixdə yəni, 30 noyabr 2024-cü il tarixində **-BG-*** dövlət qeydiyyat nişanlı, Kamaz 5320 yük markalı nəqliyyat vasitəsinin ümumi çəkisi yüklə birlikdə 43460 kq olmuşdur. Elektron tərəzi 3260 kq artıq hesablamışdır (46720 - 43460 = 3260). Hesab edir ki, bu səbəbdən də barəsində tərtib edilmiş xx.xx.2024-ci il tarixli EQ № 24844664 saylı qərarın və həmin qərara əsasən hesablanmış 600 (altı yüz) manat cərimənin ləğv edilməsi əsassız olduğundan ləğv edilməlidir. Qeyd edir ki, xx.xx.2024-ci il tarixli EQ № 24844664 saylı qərarı 10 dekabr 2024-cü il tarixində almışdır. Tərəflər məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan BDYPİ-nin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-ci il tarixli EQ № 24844664 aylı qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsinin tələblərini pozduğuna görə 600 manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-ci il tarixli EQ № 24844664 saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Şikayət ərizəsinə əlavə olunmuş 7910 və 7943 saylı imzasız və möhürsüz tərəzi qəbzlərindən onların **-BG-*** dövlət qeydiyyat nişanlı, Kamaz 5320 yük markalı nəqliyyat vasitəsinə aidiyyəti ümumiyyətlə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər, qərar, akt və izahatlardan müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-24844664 saylı elektron qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət təmin edilməsin. BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ-24844664 saylı inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ-24844664 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar