Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-234/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibiTağıyev Natiq Əkbər oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Xaçmaz rayonunun Hacıəlibəy kəndində anadan olan, Azərbaycan Respubliksaının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Hacıəlibəy kəndində yaşayan Şəxs barəsində Azərbaycab Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayonunun Hacıəlibəy kəndində yaşayan Şəxs xx.xx.2020-ci ildə Xaçmaz şəhəri S.Bəhlulzadə küçəsi, ev 14-də yaşayan X3 məxsus olan avtomobildən 75 manat dəyərində 1 ədəd akkumulyatoru, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu Dədəli kəndində yaşayan X8 məxsus evin həyətindən 15 manat dəyərində 1 ədəd xoruzu, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Qədmalı-qışlaq kəndində yaşayan Zeynalov Zeynal Böyükağa oğluna məxsus olan torpaq sahəsindən ümumi dəyəri 70 manat olan 70 ədəd fındıq tinglərini, xx.xx.2021-ci il tarixdə X4 Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evindən 50 manat pulu, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Çuxur-oba kəndində yaşayan X9 məxsus avtomobildən 75 manat dəyərində 1 ədəd akkumulyatoru, xx.xx.2021-ci il tarixdə X6 mıxsus 10 manat pulu və 40 manat dəyərində oyuncağı, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 7-də yaşayan X10 məxsus 80 manat dəyərində 1 ədəd samovarı, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, H.Aslanov küçəsi, ev 5-də yaşayan X5 işlədiyi şadlıq sarayından 2 ədəd qazan və 2 ədəd tavanı, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, S.Əsgərova küçəsi ev 6-da X7 məxsus 1 ədəd direli, 1 ədəd daqondanı, 1ədəd dəmir kəsən qayçını, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu Sayad kəndində yaşayan X11 məxsus 50 metr elektrik naqilini və 18 ədəd elektrik birləşdiricini, xx.xx.2021-ci il tarixdə X1 işlədiyi marketdən 6 manat dəyərində 1 ədəd arağı, həmin tarixdə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan X2 məxsus evin həyətindən 79 manat dəyərində su motorunu və 20 manat dəyərində su şlanqını oğurlamaqla, özgə əmlakını gizli yolla talamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, törətdiyi əməldən olduqca peşmandır və məhkəmədən ona həbslə bağlı olmayan inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ictimai işlər növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-234/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-234/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver