Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-235/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Müşkür kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Müşkür kəndində yaşayan Şəxs oğlu barəsində Azərbaycab Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayonunun Müşkür kəndində yaşayan Şəxs oğlu 2020-ci ilin noyabr ayında X2 mərhum atasına məxsus Xaçmaz rayonu, köhnə Xaçmaz kənd qəbiristanlığındakı məzar daşının kənarına qoyulmuş hər birinin dəyəri 200 manat olan 2 ədəd qara mərmər daşdan hazırlanmış güldanları, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Müzəffər-oba kəndində yaşayan X4 məxsus olan evdən 6 ədəd çəngəli və 6 ədəd çay qaşığını, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Müşfiq kəndində yaşayan X1 məxsus olan evin həyətindən dəyəri 60 manat olan “Oka-1” markalı paltar yuyan aparatı, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu Müşkür kəndində yaşayan X9 məxsus olan evin həyətindən hər birinin dəyəri 50 manat olan 2 ədəd samovar, xx.xx.2021-ci il tarixdə X6 məxsus Xaçmaz rayonu, Qalağan kəndində yerləşən evin həyətindən ümumi dəyəri 65 manat olan 4 ədəd taxtanı, xx.xx.2021-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu, Qalağan kəndində yerləşən torpaq sahəsindən dəyəri 50 manat olan 10 ədəd xurma tinglərini və xx.xx.2021-ci il tarixdə X8 məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən torpaq sahəsindən dəyəri 53 manat olan 1 ədəd samovarı oğurlamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, törətdiyi əməldən olduqca peşmandır və məhkəmədən ona həbslə bağlı olmayan inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ictimai işlər növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-235/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-235/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver