Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-236/2021 21.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında materiala əsasən xx xxxx 2021-ci il tarixdə saat 00:38 radələrində Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Elnur Quliyev xidmətdə olan YPX-nin inspektoru polis baş serjantı Fəqan Babayev ilə birlikdə xidməti "Kia" markalı Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən "Porsche Cayenne” markalı Az **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanıldıqdan sonra ,sürücü və sərnişinin qayda pozuculuğu aşkar edilməsi və onlara tabesizlik göstərməsi faktı üzrə polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilib təhvil verildikdən sonra həmin şəxslərin tanışı olan Şəxs sərxoş vəziyyətdə Xaçmaz rayon Polis Şöbəsinə gələrək nəzarət buraxılış məntəqəsindən Şöbənin inzibati binasına daxil olmuş və növbətçi hissənin qarşısında əməliyyat qrupunun rəhbəri, İTB-nin rəisi, polis polkovnik-leytenantı Kamran Bayramov, DYPB-nin rəisi, polis mayoru Elnur Quliyev və əməliyyat qrupunun əməkdaşları arasında səs-küy salıb nə səbəbə həmin şəxsləri Polis Şöbəsinə gətirmələri barədə iradını bildirərək, onları buraxmalarını tələb etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq qərəzli hərəkətlərini davam etdirib növbətçi hissənin və orada olan polis əməkdaşlarının iş fəaliyyətini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 00:38 radələrində yaşadığı evdə olarkən dostu Elbrus Yusifov ona zəng edərək özünün və digər dostları Orxan Cəbrayılovun polis əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə aparıldıqlarını və orada onların saxlanıldıqlarını bildirmiş və onlara kömək etməsini xahiş etmişdir. O, dərhal Xaçmaz rayon Polis Şöbəsinə gələrək əməkdaşlardan nə səbəbə dostlarını Polis Şöbəsinə gətirdiklərini və orada saxladıqlarını aydınlaşdırmış və onlardan həmin şəxsləri azadlığa buraxmalarını xahiş etmişdir. Bu zaman polis əməkdaşları ona qarşı kobud rəftar etməklə onunla mübahisə etmiş, bundan sonra onun barəsində əsassız olaraq sənədləşmə aparmışlar. O, polis əməkdaşlarına qarşı hər hansı bir hüquqazidd hərəkətlərə yol verməmiş, onun haqqında qanunsuz olaraq sənədləşmə aparılmışdır. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi Quliyev Rövşən Zahid oğlu göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 00:38 radələrində Xaçmaz rayon Polis Şöbəsinə yol hərəkəti qaydalarını pozan və polisə qarşı tabesizlik göstərən, sonradan şəxsiytyətləri onlara məlum olan Elbrus Yusifov və Orxan Cəbrayılov adlı şəxslər dəvət edildikdən bir qədər sonra həmin şəxslərin tanışı kimi özünü təqdin edən Şəxs sərxoş vəziyyətdə nəzarət buraxılış məntəqəsindən RPŞ-nin inzibati binasına daxil olaraq növbətçi hissənin qarşısında əməliyyat qrupunun rəhbəri, İTB-nin rəisi, polis polkovnik-leytenantı Kamran Bayramov, DYPB-nin rəisi, polis mayoru Elnur Quliyev və əməliyyat qrupunun əməkdaşları arasında səs-küy salıb bə səbəbə həmin şəxsləri Polis Şöbəsinə gətirmələri barədə iradını bildirərək, onları buraxmalarını tələb etmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq qərəzli hərəkətlərini davam etdirib növbətçi hissənin və orada olan polis əməkdaşlarının iş fəaliyyətini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində müvafiq protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi X5 göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 00:38 radələrində YPX-nin inspektoru polis baş serjantı Fəqan Babayev ilə birlikdə xidməti "Kia" markalı Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən "Porsche Cayenne” markalı, Az **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılaraq sürücü və sərnişinin qayda pozuculuğu aşkar edildiyindən tərəflərindən Polis Şöbəsinə dəvət edilmələrinə baxmayaraq tabesizlik göstərdiklərindən bu barədə növbətçi hissəyə məlumat verilərək həmin şəxslər dəvət edilmiş Post Patrul Xidməti əməkdaşları tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə gətirilmişlər. Bir qədər sonra Polis Şöbəsinə həmin şəxslərin tanışı olan Şəxs sərxoş vəziyyətdə nəzarət buraxılış məntəqəsindən RPŞnin inzibati binasına daxil olaraq növbətçi hissənin qarşısında əməliyyat qrupunun rəhbəri polis polkovnik-leytenantı, İTB-nin rəisi Kamran Bayramovla, onunla və digər əməliyyat qrupunun əməkdaşları ilə əsassız səbəbdən mübahisə edib səs-küy salaraq nə səbəbə həmin şəxsləri Polis Şöbəsinə gətirmələri barədə iradını bildirməklə, onları buraxmalarını tələb etmiş, onun ünvanına onu yaxın vaxtlara vəzifədən uzaqlaşdıracağını və digər bu kimi ifadələr işlətmiş, digər əmkdaşları da hədələyərək ünvanlarına nalayiq ifadələr işlətmiş, polis əməkdaşları dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq qərəzli hərəkətlərini davam etdirib növbətçi hissənin və orada olan polis əməkdaşlarının iş fəaliyyətini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi X4 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, şahid ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqa zidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs inzibati xətaya sərxoş halda yol verməsini, səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş xx xxxx 2021-ci il tarixli, 62 saylı protokoldan görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs xx xxxx 2021-ci il tarixdə saat 00:45 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsinin əvvəli inzibati qaydada tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 00:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 00:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Xəlilov. Düzdür:
Məhkəmə qərarları › İş №3(067)-236/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-236/2021
21.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver