Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-236/2024 23.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Qərardan şikayət verən X4, Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon məhkəməsinə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarının mövcud olmasını Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən ünvanına icra məmurunun icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarının və xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş daxil olduqdan sonra bilmişdir. Qərarın surəti rəsmi qaydada ona verilməmişdir. Qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra və Probasiya Şöbəsindən ona bildirilmişdir ki, 5 saylı Regional Exologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi Xəzər dənizi yaxınlığında çınqıl-qum qarışığı götürməyinə görə cərimə olunmağı göstərilmişdir. Nəticədə guya Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Resoublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə görə lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Xaçmaz rayonu, X12 Bələdiyyəsinin sədri olaraq bələdiyyə haqqında qanuna və digər qanunvericilik aktlarına müvafiq olaraq bələdiyyənin qəbul etdiyi qərarlar əsasında ərazidəki yollarda təmir işləri apartdırmışdır. Belə ki, bələdiyyənin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarına əsasən X12 Bələdiyyəsinin ərazisindəki dörd kəndin hamısında kənddaxili, məhəllələr, qəbiristanlıqlar, məktəblər və məscid yollarının təmir olunması qərara alınmış, bu məqsədlə bələdiyyə büdcəsindən 4200 manat vəsait ayrılmışdır. Qeyd edir ki, bundan əvvəl fiziki şəxs ** BF *** dövlət nömrəli nişanlı Kamaz markalı avtomaşının sürücüsü X10 ilə xx.xx.2022- ci il tarixli, 02 saylı müqavilə bağlanmış və həmin şəxs öhdəsinə götürmüşdür ki, qərara müvafiq olaraq bələdiyyənin ərazisində olan dörd kəndin kəndarası, kənddaxili, məhəllələr, məktəb, qəbiristanlıq və məscidlərin yollarının təmiri 1050 m3 çınqıl daşı boşaldacaq. Həmin şəxs də müqaviləyə uyğun olaraq əraziyə çınqıl, qum daşımaqla müqavilədə nəzərdə tutulmuş öhdəliklərini qismən icra etmişdir. Bələdiyyə sədri olaraq o, Xəzər yaxınlığındakı ərazilərdən özbaşına olaraq hər hansı qum, çınqıl götürməmişdir və yerin təkindən istifadə etməmişdir. Ərazidə uzun müddət istifadədə olan qum, çınqıl karxanası mövcuddur və qum, çınqıl da həmin karxanadan götürülmüşdür. Hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı tamamilə əsassızdır. Yuxarıda qeyd etdiyi kimi qərarın mövcud olmasını bu yaxınlarda bilmişdir və məlum olmuşdur ki, 2500 manat cərimə edildiyi halda hazırda məbləğ dəbbə pulu ilə birlikdə 4 000 manat həddinə qədər şişmişdir. Halbuki onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tərkibi voxdur. Bu səbəbdən də, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən X6 şikayətinə uyğun izahat verərək bildirmişdir ki, Xaçmaz rayonu, X12 Bələdiyyəsinin sədridir. Kənddə şəhid ailəsi yoluna daş tökdürülməsini xahiş etdiyinə görə həmin yollara daş tökülürdü. Bunun üçün o, İcra Hakimiyyətindən şifahi şəkildə icazə almış, lakin yazılı surətdə icazə almamışdır. Ona görə də Ekologiya Nazirliyi tərəfindən cərimə olunmuşdur. Ona cərimə məbləğinin az olacağını bildirsələr də cərimə 4000 manat yazılmışdır. Bu qərarla razı deyil. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2020-ci ildə şikayət daxil olub. Araşdıma aparılarkən müəyyən olunmuşdur ki, X4 qeyd etdiyi daş karyeri qanuni qeydiyyatdan keçməmişdir. Prosedur qaydaları pozulduğuna görə X6 barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidır. Belə ki, iş materiallarında olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətatı tərtədiyinə görə ona 2500 manat məbləğində inzibati cərimə inzibati tənbeh təyin edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X3 2500 manat məbləğində inzibati cərimə, 1500 manat məbləğində dəbbə pulu, cəmi 4000 manat pul tutularaq dövlət nəfinə ödənilməlidir. X6 şikayət ərizəsində Xaçmaz rayonu, X12 Bələdiyyəsinin sədri kimi bələdiyyənin ərazisindəki dörd kəndin hamısında kənddaxili, məhəllələr, qəbiristanlıqlar, məktəblər və məscid yollarının təmir olunması məqsədlə Xəzər dənizi yaxınlığındakı ərazidə uzun müddət istifadədə olan qum, çınqıl karxanasından qum və çınqıl götürdüyünü qeyd etmişdir. Lakin o, qum və çınqılı Xaçmaz rayonunun İlxıçı kəndinin şərq istiqamətində Xəzər dənizi yaxınlığındakı ərazidən gətirmədiyini, məhz həmin ərazidəki qum, çınqıl karxanasından əldə etdiyini bildirsə də, bunu təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı X4 Xaçmaz rayonunun İlxıçı kəndinin şərq istiqamətində Xəzər dənizinin yaxınlığından lazımi icazə sənədi olmadan qanunsuz olaraq çınqıl-qum qarışığını götürməklə yerin təkindən istifadə etməsi öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən, həmin qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri və İXM-nin 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarındən şikayəti təmin edilməsin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-236/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-236/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver