Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-237/2021 23.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi , barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsi 5 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, S.Şirazi küçəsində maşından 1 ədəd maqnotofonu, xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, Xətai küçəsində VAZ 2106 markalı avtomobildən akumlyatoru, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri R.Rza küçəsndə VAZ 2106 markalı avtomobildən maqnitafonu və xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çay evinin qarşısından X3 məxsus avtomobildən “Pioner” markalı maqnitofonu oğurladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı sərxoş vəziyyətdə törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin zərərçəkmişlərə dəymiş ziyan tərəfindən ödənilmiş, lakin X3 dəymiş ziyan isə ödənilməmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur və himayəsində xəstə anası var. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin sahə rəisi X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, S.Şirazi küçəsində maşından 1 ədəd maqnotofonu, xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, Xətai küçəsində VAZ 2106 markalı avtomobildən akumlyatoru, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri R.Rza küçəsndə VAZ 2106 markalı avtomobildən maqnitofonu və xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çay evinin qarşısından X3 məxsus avtomobildən “Pioner” markalı maqnitofonu oğurlamışdır. Zərərçəkmiş şəxslərdən Şahin Qurbanova və Ramin Nuriyevə dəymiş ziyan ödənilmiş, lakin Aslan Xidirova və Babək Zeynalova dəymiş ziyan isə ödənilməmişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çay evinin qarşısından X3 məxsus avtomobildən “Pioner” markalı maqnitofonu oğurladığına görə barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri RşRza küçəsndə VAZ 2106 markalı avtomobildən maqnitofonu oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, S.Şirazi küçəsində maşından 1 ədəd maqnotofonu oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı xx xxxx 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhəri, Xətai küçəsində VAZ 2106 markalı avtomobildən akumlyatoru oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN№0230523 saylı xx xxxx 2021-ci il, MN№0230524 saylı xx xxxx 2021-ci il, MN№0230521 saylı xx xxxx 2021-ci il tarixli və MN№02305232 saylı xx xxxx 2021-ci il tarixli Qərardadlardan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən Xaçmaz RPŞ-nə daxil olmuş xx.xx.2021-ci il tarixli 011-868-1221 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, R.Rza küçəsi ev 24-də yaşayan X2 məxsus “Vaz 2106” markalı Az ** LS *** dövlət nömrə nişanlı avtomobildən baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Şəxs sağ əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati tənbeh növü olan ictimai işlər tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 200 (iki yüz) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-237/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-237/2021
23.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver