Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-238/2021 25.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Dadaşova Könül Vasif qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə Xaçmaz RPŞ-i tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Bosfor kafesinin qarşısında nalayıq ifadələr söymüş və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında inzibati material araşdırılarkən müəyyən olunmuşdur ki, material düzgün tərtib olunmamaqla yanaşı, təqdim olunmuş material natamamdır. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş materiallarının heç bir sənədində imzası yoxdur və imza çəkməkdən imtinanın səbəbləri göstərilməyib. Məhkəmə iclasında izahat vermiş Şəxs iş materiallarında olan sənədlərə hansı səbəbdən imza etmədiyi soruşulduqda, sonuncu materialın ümumiyyətlə ona təqdim edilməməsini bildirmişdir, bu səbəbdən də sənədlərlə tanış olaraq imza etmək imkanı olmayıb. Bundan başqa, iş üzrə şahid qismində izahat vermiş şəxs Xaçmaz rayon MŞ-nin mülki mühafizəçisi X1 hadisə zamanı Şəxs içkili olduğunu bildirmişdir, Şəxs özü də hadisə zamanı içkili olduğunu təsdiq etsə də, iş materiallarında şərxoşluğun dərəcəsini müəyyən edən müvafiq akt iş materiallarına əlavə edilməmişdir. Əlavə olaraq, iş materiallarından və məhkəmə iclasında izahat verən şəxslərin izahatlarından görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə küçədə digər şəxslə mübahisə edərək, söyüşlər söymüş, habelə kafenin şüşəsini sındırmışdır, yəni faktiki olaraq xuliqanlıq hərəkətlərinə yol verilmişdir. Protokol isə yalnız İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuşdur, yəni xuliqanlıq hərəkətlərinə heç bir hüquqi qiymət verilməyib. Bundan başqa, iş materiallarından göründüyü kimi, inzibati xəta haqqında protokol İXMnin 535-ci maddəsi ilə tərtib olunub, halbuki İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi iki hissədən ibarətdir və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyəti həmin Məcəllənin 535.1-ci maddəsi nəzərdə tutur. 535.2-ci maddə isə hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 00:29-da inzibati qaydada tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə Xaçmaz RPŞ-i tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-238/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-238/2021
25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver