Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-238/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hüquqi şəxs Şəxs barəsində Xaçmaz Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 18 noyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2532 nömrəli 09 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 720.61 ABŞ dolları (1225.03 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Bununla da hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, tərtib olunmuş 18 noyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 3-33-1700/012/004733 nömrəli raportunun araşdırılması ilə əlaqədar olaraq, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2532 nömrəli 09 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 720.61 ABŞ dolları (1225.03 manat) məbləğində vəsaitin müvəkkil "bankda olan hesabına köçürülməsini təmin etməmişdir. 04 noyabr 2024-cü il tarixdə Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna keçirilmiş baxışdan müəyyən olunur ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2532 nömrəli 09 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 720.61 ABŞ dolları (1225.03 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Belə ki, Şəxs hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş 30 iyul 2024-cü il tarixli, 3-33-1700/2-002468/2024 nömrəli “İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə” bildiriş göndərilsə də, MMC tərəfindən xarici valyuta vəsaitlərinin müvəkkil bankda olan hesablara tam qaydada köçürülməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 3-33-1700/012/004733 nömrəli raportu və isdə olan digər sənədlərlə təsdiq edilir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X2-sual zamanı bildirmişdir ki, Şəxs (VÖEN: **********) tərəfindən ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2532 nömrəli 09 fevral 2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 720.61 ABŞ dolları (1225.03 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Vəsaitin qayıtmama səbəbi cəmi məbləği 18702.60 ABŞ dolları məbləği təşkil edən ixrac olunmuş malın ödənişi Rusiya banklarına tətbiq edilmiş sanksiyalara görə Rus rublu ilə edilərkən məzənnələr arası yaranmış fərq nəticəsində 720.61 ABŞ dolları məbləğində kəsr yaranması olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ev Binə aeroportunun Şimal Hissəsi, X3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (Vöen:**********) 2024-cü ilin fevral ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 720.61 ABŞ dolları dəyərində (1225.03 manat) “tərəvəz” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana 30 iyul 2024-cü il tarixli 3-33-1700/2- 002468/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta – 720.61 ABŞ dolları dəyərinin 30%-i, yəni 216.183 ABŞ dolları məbləğində (367.509 Azərbaycan manatı) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-238/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-238/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver