Məhkəmə qərarları › İş №3(067)-240/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-240/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-240/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz rayon X5 Təhlüksizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Xaçmaz rayonu, Vasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Niyazoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə axşam saat 12:40 radələrində Xaçmaz rayon Polis Şöbəsinin qarşısında ucadan analyiq ifadələr işlətdiyinə görə ərazidə xidmətdə polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət edilməsinə baxmayaraq, qəsdən polisin qanuni tələblərinə tabe olamamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X5 Təhlüksizlik Bölməsinin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz rayon Polis Şöbəsinə yaxınlaşmış, daha sonra aqressiv halda olduğundan rayon Polis Şöbəsinin qarşısında nalayiq söyüşlər söymüşdür. Qeyd olunan hal ilə bağlı barəsində raport yazılmış, protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş şəxs X7 Mərkəzi rayon Xəstəxanasında olduğundan material ona verilmişdir ki, barəsində tədbir görülməsi ilə bağlı məhkəməyə təqdim etsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Xaçmaz rayon Niyazoba kəndində yaşayır. O, kəddə iş dalaşdırdığı üçün rayon polis şöbəsinə çağıdırılmışdır. Buna görə də o, saymamazlıq etməyərək polis şöbəsinə getmişdir. Həmin vaxt orada özündən başqa 10 nəfərdə həmkənlisi olmuşdur, onlarda ora onunla bir yerdə it dalaşdırdıqları üçün ora çağırılmışdırlar. Həmin 10 nəfər it dalaşdırdıqlarına görə 550 manat məbləğində cəriməni ödəyərək getdilər. O, isə polisə gələn vaxt gecə saat 01 olardı. Polisdə ona da 550 manat ödəmək təklif olunsa da o, hal-hazırda gecə vaxt olduğunu bu qədər məbləğdə pulu tapa bilməyəcəyini əyər ona icazə verilərsə gedib səhər saat 09-da iş başlayan kimi gəitirə biləcəyini desə də bunun heç bir əhəmiyyəti olmamışdır. Bundan sonra o, heç bir əsas olmadan orada saxlanılmışdır. Barəsində tərtib olunmuş protokolla razı olmadığını, polisə və ya polis əməkdaşlarına qarşı heç bir qanuna zidd hərəkətə yol vermədiyini bildirmişdir. Bir onu təsdiq edə biləcəyini bildirərək qeyd etmişdir ki, polisdə onu saxladıqları üçün oradan çıxandan sonra bununla bağlı şikayət edəcəyini demişdir, yalnız bunu demişdir bundan başqa o, heç bir söz və nalayiq ifadə nə polisdə olanda nə də ki, polisin qarşısından işlətməmişdir. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X8 patrul xidməti bölüyü polis nəfəri Şahid1 göstərdi ki, Xaçmaz rayon Polis Şöbəsində xidmətdə olduğu zaman bir nəfər vətəndaşın küçədə söyüş söydüyünü görüb ona yaxınlaşıb, özlərini təqdim edərək onu nizamintizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Onları görüb daha da aqressivləşərək polisin ünvanına nalayiq söyüşlər söymüşdür. Polisin rüşvətxor olduğunu, 500 manat alıb buraxdığını deyərək polisin adını ləkələyirdi. Bundan sonra onlarda onu saxlayaraq aparıb Növbətçiyə hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X8 patrul xidməti bölüyü polis nəfərləri Şahid2 və Şahid3 məhkəmə prosesində şahid qismində dindirilmiş Xaçmaz rayon X8 patrul xidməti bölüyü polis nəfəri Şahid1 ifadəsi oxşar ifadə verərək qeyd olunanları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiialarını araşdıraraq və iş materiallarına əlavə edilmiş video diskə baxış keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət yaradır. Həmin Məcəllənin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli-yəni, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər törətməsi öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs ictimai yerdə nalayiq söyüşlər söyməklə ictimai qaydanın pozulmasına səbəb olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsüf olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli, 58 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə saat 01:30 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 27 yanvar 2025-ci il tarixdən saat 01:30 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən, həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 04 (dörd) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 27 yanvar 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar