Məhkəmə qərarları › İş №3(067)-243/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-243/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-243/2023 20.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaraqurdlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(067)-2639/2015 saylı və 12 iyun 2018-ci il tarixli 2(067)-1540/2018 saylı icra sənədləri üzrə cəmi 10664,42 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(067)- 2639/2015 saylı icra sənədinə əsasən Şəxs 04 avqust 2015-ci ildən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 108 manat sabit məbləğdə aliment alınaraq X2 verilməlidir. Bundan başqa, Xaçmaz rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(067)-1540/2018 saylı icra sənədinə əsasən Şəxs 2600 manat pul, 914,42 manat faiz borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul, cəmi 3544,42 manat pul alınaraq X5 verilməlidir. Borclu alimentlə bağlı ödənişləri lazımınca icra etməmiş və onun aliment borcu yaranmışdır. Borclu 12 iyun 2018-ci il tarixli 2(067)-1540/2018 saylı icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Beləliklə, Şəxs iki icra sənədi üzrə cəmi 10664,42 manat borcu var. Həmçinin bildirmişdir ki, borclu alimentlə bağlı hazıradək cəmi 2600 manat aliment ödəmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə alimentlə bağlı 150 manat ödəniş etmişdir. Borclu alimentlə bağlı inzibati məsuliyyətə cəlb olunaraq barəsində həbs tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, xəstədir, bir dəfə tibbi əməliyyat da olunmuşdu, səhhəti zəifdir. Həmçinin işsizdir. Buna görə də o, icra sənədləri üzrə borclarını ödəyə bilməmişdir. Lakin həmin borcları ilə bağlı ödənişləri gələcəkdə edəcəkdir. Həmçinin bildirmişdir ki, o, xəstəliyi ilə bağlı xəstəxanda yatmamış, onun xəstə olmasına dair sənədlər yoxdur. Hazırda onun alimentlə bağlı ödəniş etməyə maddi imkanı yoxdur. Barəsində cərimə inzibati tənbehinin təyin edilməməsini xahiş etmiş, barəsində seçiləcək tənbeh növünü məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, borclu Şəxs ona alimentlə bağlı ödənişləri lazımi qaydada ödəmir. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında ödəniş etmişdir. O, aliment borcunu tələb edir. Həmçinin bildirmişdir ki, ona çətinliklə ödəyir. Belə ki, borclu alimenti az miqdarda olmaqla, o, sonuncuya zəng edərək tələb etdikdən sonra ödəyir. Həmçinin bildirmişdir ki, borclunun barəsində həbs inzibati tənbehin təyin edilməsini istəyir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(067)-2639/2015 saylı icra sənədinə əsasən Şəxs 04 avqust 2015-ci ildən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 108 manat sabit məbləğdə aliment alınaraq X2 verilməlidir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(067)-1540/2018 saylı icra sənədinə əsasən Şəxs 2600 manat pul, 914,42 manat faiz borcu, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul, cəmi 3544,42 manat pul alınaraq X5 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələblərin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1969-cu ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən, saat 17:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar