Məhkəmə qərarları › İş №3(067)-244/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-244/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-244/2025 13.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs oğlunun Şəxs iştirakı ilə xx xxxxxxx 1978-ci ildə Quba rayonu, Buduğ kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 27 yanvar 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə borcu 1600 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə protokolu müdafiə etdiyini, cərimə məbləşini ödəmədiyi üçün barəsində protokol tərtib edildiyini bildirərək barəsində cəza təyin edilməsini xahiş edtmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, qəssab kimi 20 ilə yaxın fəaliyyət göstərmişdir, ət kəsmək üçün bir qəssabın öz işlədiyi yerin ərazisində müəyyən edilmiş yeri var idi, hazırda isə bu mümkün deyil və yaşadığı yer üzrə bir yer müəyyən edilmiş və bütün ərazidə yaşayan qəssablarda kəsimi orada həyata keçirmələdirlər. Mən həmin yerdə bir neçə dəfə xəstə və at kəsildiyini görüdüyüm üçün bir daha həmin yerdə ət kəsdirməmək qənaətinə gəldiyim üçün bir daha həmin yerə getmədim və ondan sonra ət kəsimini işlədiyim yerin ərazisində həyata keçirdiyim vaxt Qida Təhlükəsizli Xidmətinin əmədaşları gələrək bununla bağlı onu cərmələmişlər. O, bundan qabaq özü qəsaab kimi işləsə də hazırda vəziyyəti yaxşı olmadığı üçün o, işini başqa bir şəxsə verərək özü həmin şəxsin yanında aylıq 500 manat əmək haqqı müqabilində işləməyə başlamışdır. O, ailədə yeganə qazanc gətirəni olmasını, uşağının institut tələbəsi olmasını və onun gündəlik tələbat pulunu, həmçinin ailəsinin gündəlik tələnatını gücnən çatdırdırdığını bildirdi. Həmin cərimənin ödəməyə maddi cəhətdən imkanı yoxdur ona görə də məhkəmədən barəsində olan inzibati tənbeh cəzasının başqa inzibati tənbeh cəzası ilə əvəz edilməsini xahiş etmişdir. İş materiallarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin X2 11 iyul 2024-cü il tarixli, saylı ******* saylı, inzibatı tənbeh vermə haqqında qərarlarından görünür ki, Şəxs 1600 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx xxxxxxx 1978-ci ildə Quba rayonu, Buduğ kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar