Məhkəmə qərarları › İş №3(067)-245/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-245/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-245/2025 07.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 barəsində Xaçmaz DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək, Xaçmaz DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Xaçmaz DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarını xx.xx.2025- ci il tarixdə almışdır. Xaçmaz DYPB əsassız olaraq xx.xx.2025-ci il tarixində TP ******* nömrəli qərar qəbul edərək onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməyi ilə bağlı 100 manat cərimə etmişdir. Qərarı əsassız hesab edir, çünki həmin qərar qərəzli olaraq yazılmışdır. Çünki həmin vaxt işıqforun qırmızı işığı yanmadığı təqdirdə heç bir maddi sübut olmadan heç bir görüntü təqdim edilmədən işıqforun qırmızı işığını keçdiyi əsas gətirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməyi ilə bağlı qərar qəbul edilmiş və 100 manat cərimə olunmuşdur. DYPBinin əməkdaşı tərəfindən saxlanılan zaman videogörüntü və protokolun ona dəfələrlə təqdim etməsini istəmişdir, lakin o, bundan boyun qaçırdı, onun qaydanı pozmağı barədə ona heç bir sübut təqdim olunmayıb. Ona görə də, onun hüquqları pozduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Xaçmaz DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Məhkəmə iclasında ərizəsinə uyğun izahat vermiş X3 şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, işıqforda yaşıl işıq yanarkən qabaqda maşın keçdi, o, da arxasınca keçmişdir. O, keçdikdən sonra sarı işıq yanmışdır. Əməkdaşlar saxladılar və bildirdilər ki, qırmızını keçmisən, lakin o, keçəndə qırmızı işıq deyildi. Orada da görüntüləri geri qaytarıb baxmaq olar. Onların maşını 50 metr aralıda olub. Xaçmaz DYPB-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, X3 idarə etdiyi avtomobillə işıqforu qırmızı işıqda keçmişdir. Məhkəmə ərizəçininin və Xaçmaz DYPB-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Xaçmaz DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. Xaçmaz DYPB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş videogörüntüyə keçirilmiş baxış nəticəsində X2 idarə etdiyi avtomobillə işıqforun hansı işığında yolu keçməsini aydın şəkildə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Xaçmaz DYPB tərəfindən X3 barəsində qəbul olunmuş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz DYPB-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar