Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-247/2023 07.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “VAZ 2106” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında protokol (İXP 4906237) tərtib edilərək cərimə olunmasına dair qərar (TP 5269518) çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP 5170892) protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Xaçmaz Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan veb-portaldan çıxarışdan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətaya dair qərara əsasən (İXP 4906237) ona təyin olunmuş cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1976-cı ildə anadan olmuş Şəxs hazırkı inzibati xətaya dair iş üzrə (İXP 5170892) Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsinin Qeydinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-247/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-247/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver