Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-249/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Quba rayonunun İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Quba rayonunun İqriq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddələri ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2021-ci il tarixdə saat 08:28 radələrində «X1» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq, sürücülüq hüququ olmadan sərxoş vəziyyətdə avtomaşını idarə etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək göstərmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxxx 2021-ci il tarixdə saat 08:28 radələrində spirtli ikçi qəbul edərək, idarə etdiyi VAZ-2105 markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış və yoxlama zamanı onun sürücülüq hüququ olmadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddələri ndə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və tərtib olunmuş inzibati xəta haqqında xx xxxx 2021-ci il tarixli, İXP ******* saylı protokolu ilə tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alaraq, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmadığını əsas götürərək, onun barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 334.1-ci maddələri ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-249/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-249/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver