Məhkəmə qərarları › İş №3(067)-25/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-25/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-25/2025 07.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X11, qərarından şikayət verilmiş Xaçmaz rayonu İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X8 iştirakı ilə, X11 Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini X15 tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini X15 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, 19 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 800 (səkkiz yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz rayon İcra Hakimiyyətinin 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 3(067)-25/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ilə X11 Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati tənbeh vermə haqqında 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X20 qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, barəsində tətbiq edilən 800 manat inzibati cərimənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-165/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 3(67)-25/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ləğv edilərək, material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək bildirmişdir ki, o, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində də həmin torpaq sahəsinin onun adına olmadığını, Şahid məxsus olduğunu bildirmişdir. O, özünün yerində işləyən fəhlələri Şahid xəstə olduğuna görə ağır daşların daşınmasına kömək edilməsi məqsədilə həmin torpaq sahəsinə cəlb etmişdir. Lakin özü həmin vaxt orada olmamışdır. Sonradan fəhlələrlə birlikdə onu da Polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən torpaq sahəsinin sənədini göstərərək özünə məxsus olduğunu, fəhlələrin işlədiyi ərazinin isə Şahid məxsus olduğunu bildirmişdir. Torpaq sahəsində qanunsuz tikinti işləri apardığını deyərək onu cərimə etmişlər. X13rın izahatları alındığında barəsində cərimə tətbiq edilməyəcəyini bildirmişlər. PŞ-da fəhlələri hədələyərək həbs olunacaqlarını bildirmişlər. Buna görə də fəhlələr izahatlarında deyilənlərə əsasən yazaraq imza etmişlər. Həmçinin həmin torpaq sahəsi Rusiya Federasiyasında yaşayan Əskər adlı şəxsin torpaq sahəsidir, sadəcə olaraq torpağı Şahid adına rəsmiləşdirmişdir. O, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi izahat verərək bildirmişdir ki, Xaçmaz rayon X1suz tikinti işləri aparması ilə əlaqədar protokol daxil olmuşdur. Xaçmaz rayon İcra Hakimiyyətinin İnzibati Komissiayasında işə baxılmış və İXM-nin 395.1-ci maddəsinə əsasən Ramin Döyüşov inzibati qaydada 800 manat məbləğində cərimə olunmuşdur. O, şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Ötən məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X16 izahat verərək bildirmişdir ki, o 8 ildir ki, İƏD-də sahə rəisi işləyir və Ramin Döyüşovu tanıyır. İƏD nümayəndəsi ona məlumat verərək bildirmişdir ki, Ramin Döyüşov qanunsuz tikinti işləri aparır. O, əraziyə getmiş, Xaçmaz rayonunun Ağaşirinoba kənd sakinləri olan 2 nəfər fəhlənin həmin tikintidə işlədiyini görmüşdür. Fəhlələrdən onları əraziyə kimin işləmək üçün cəlb etdiyini soruşduqda fəhlələr Ramin Döyüşovun cəlb etdiyini bildirmişlər. O, Ramin Döyüşovdan tikintin işlərinin aparılması üçün icazəsinin olması barədə soruşduğunda sonucu sənədlər rayon İcra Hakimiyyətində olduğunu, tam hazır olmadığını bildirmişdir. O, Ramin Döyüşova tikintini saxlamasını, tikinti barədə icazə sənədini almasını bildirmişdir. Mən Həmçinin fəhlələrə həmin tikili qanunsuz olması, tikintini davam etdirilməsinin qanunsuz olduğunu bildirərək həmin ərazidən ayrılmışdır. Sonradan yenə də ona zəng edilərək qanunsuz tikilinin davam etdirildiyi barədə məlumat daxil olmuşdur. Bu zaman o yenidən həmin əraziyə gedərək akt tərtib etmiş, həmin fəhlələr və Ramin Döyüşov birlikdə Polis Şöbəsinə aparılmışlar. Polis Şöbəsində onların izahatları alınmışdır. Həmin torpaq sahəsi Ramin Döyüşovun adına deyil. X12 Ramin Döyüşova etibarnamə vermişdir. Bununla əlaqədar o, Ramin Döyüşovun özbaşına, qanunsuz tikinti işləri apardığına görə sənədləşmə işləri apararaq aidiyyətı üzrə Xaçmaz rayon İcra Hakimiyyətinə göndərmişdir. Ötən məhkəmə iclasında izahat verən şahid X5 izahat verərək bildirmişdir ki, o, Ramin Döyüşovun obyektində fəhlə kimi işləmişdir. Yaxınlıqda olan mişar daşlarını yığarkən sahə rəisi yaxınlaşıb tikinti qanunsuz aparıldığı üçün işi saxlamaqlarını bildirmişdir. X28 bu barədə telefonla məlumat verdiklərində Ramin Döyüşov narahat olmamalarını, işi davam etmələrini bildirmişdir. Onlar işi davam etdikləri zaman sahə rəisi yenidən yaxınlaşıb PPXB-nin əməkdaşlarını həmin yerə dəvət etmiş və polis əməkdaşları gələrək onları PŞ-ya aparmışlar. Həmçinin onlar işə başladıqlarında yarım tikili vəziyyətdə olmuş və onlar tikintini davam edərək 3 cərgə mişar daşı hörmüşlər. Mülkiyyətin isə kimə məxsus olması barədə məlumatları olmamışdır. Ötən məhkəmə iclasında izahat verən şahid X21 izahat verərək bildirmişdir ki, Ramin Döyüşov mişar daşının bir ədədini 20-25 qəpikdən hörməyi onlara sifariş etmişdir. Ramin Döyüşovun göstərişi ilə obyektdə işləyərək mişar daşı ilə bir neçə cərgə hörgü hörmüşlər. Lakin onlar işlədikləri işin əvəzi kimi əvvəldən pul almamışlar. Tikintinin qanunsuz aparıldığını bilməmişlər. O, mülkiyyətçi Şahid tanımamışdır. Sahə rəisi onlara xəbərdarlıq edəndən sonra tikintinin qanunsuz aparılması barədə məlumatları olmuşdur. Polis əməkdaşları getdikdən sonra Ramin Döyüşovun göstərişi ilə qalan suvağı da istifadə edərək hörgü işi aparmışlar. Bundan sonra polis əməkdaşları tikintinin aparıldığı yerə gedərək onları Polis şöbəsinə aparmışlar. Həmçinin o, köhnə tikilinin üstündən tikintini davam etdiklərini, lakin tikilinin nə üçün tikildiyini bilməmişdir. Məhkəmə iclasında izahat verən Şahid izahat verərək bildirmişdir ki, 0,01 ha torpaq sahəsində aparılmış tikinti onun adınadır. Həmin torpaq sahəsi 2006-cı il tarixdə kafe tikilməsi üçün alınmış, sonradan tikinti yarımçıq qalmışdır. O, Ramin Döyüşova obyektin sənədlərini düzəltməsi üçün etibarnamə vermişdir. Lakin onunla Ramin Döyüşov arasında tikilinin aparılması barədə razılaşma olmamışdır və o, tikinti işləri barədə göstəriş verməmişdir. Həmçinin tikinti işlərindən xəbərsiz olmuşdur. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Raport”dan müəyyən edilir ki, 03 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yolun kənarında Xaçmaz rayonu, Pirquluoba kəndində yaşayan X20 tərəfindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qanunsuz tikinti işləri aparılması aşkar olunmuşdur. - xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X16 tərəfindən X11 xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yolun kənarında müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qanunsuz tikinti işləri apardığına görə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli “Akt”dan müəyyən edilir ki, Xaçmaz rayonu. Pirquluoba kənd İƏD nümayəndəsi X17. 16 saylı İnzibati Sahənin sahə rəisi, polis mayoru X16, Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin sədri X9, Xaçmaz rayonu, Pirquluoba kənd İƏD-nin nümayəndə müavini X25 və Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin mühasibi X2 Ramin Fakir oğlunun Xaçmaz rayonu, Pirquluoba kəndində yol kənarında, ticarət obyektlərinin yanında heç bir mülkiyyət sənədi və lahiyə-tikinti sənədi olmadan qanunsuz olaraq ticarət obyektinin tikinti işləri aparmasına görə akt tərtib etmişlər. - X11 xx.xx.2024-cü il tarixli “İzahat”ından müəyyən edilir ki, həmin tarixdə barəsində tərtib olunmuş protokolda qeyd olunan yarımçıq tikili ona məxsusdur və tikinti işləri gedərkən ona xəbərdarlıq edildikdən sonra onun tərəfindən iş saxlanılmışdır. Tikinti barədə qanunvericilikdən məlumatı olmadığına görə tikinti işləri aparılmışdır. Bir daha qanunsuz olaraq tikinti işləri aparmayacağına dair söz vermişdir. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərardan müəyyən edilir ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini X15 tərəfindən X20 xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Pirquluba kəndi ərazisində yolun kənarında müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikinti işləri apardığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 800 (səkkiz yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən icraatına daxil olmuş Xaçmaz rayon İcra Hakimiyyətinin 0279985/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair “Akt”dan, Qərardan və Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin Pirquluoba kəndinin baş planından və baş xəritəsindən çıxarışlardan müəyyən edilir ki, Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin perspektiv inkişaf üçün saxlanılan torpaqlardan Qoçaqlı kənd sakini Şahid fərdi yeməkxana və dükan tikmək üçün Pirquluoba kəndinin ərazisində 100 kv.metr torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. - İş materiallarında olan “Arayış”dan müəyyən edilir ki, Xaçmaz rayonu, Qoçaqlı kənd sakini Şahid həqiqətəndə Pirquluoba bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 19 saylı iclasının qərarı ilə ona fərdi mağaza binası tikmək məqsədi ilə 100 kv.metr torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd: Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən xüsusi riskli və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 395.1-ci maddəsinin dispozisiyasında qeyd olunmuş müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikinti işləri aparmaq inzibati məsuliyyət yaradır. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının İXM-in 395.1-ci maddəsinə münasibətdə pozulması hissəsi məhkəmə araşdırması zamanı əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə araşdırılmışdır. Belə ki, araşdırma zamanı məhkəməyə təqdim edilmiş materiallar və şahid ifadələri ilə müəyyən edildi ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikinti işlərinin aparılması barədə göstəriş X20 tərəfindən verilmişdir və hazırki inzibat xəta hadisəsinin subyekti məhz barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X14r. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X11 Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini X15 tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini X15 tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar