Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-250/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Müşfiq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə 21:11 radələrində «Nissan Sentra» minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə 21:11 radələrində «Nissan Sentra» minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Avtomobili idarə edərkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Tibbi müayinədən sonra onun avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuş və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Həmçinin əvvəllər də sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən Elçin Tağıyev göstətmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə 21:11 radələrində «Nissan Sentra» minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Avtomobili idarə edərkən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli alcovisor qəbzindən görünür ki, sürücünün alkoqolun miqdarı 1,8 % promildir. İş materiallarında olan sənəddən görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, inzibati xəta haqqında İXP ******* saylı protokolla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini sərxoş halda həm xx.xx.2020-ci ildə idarə edərək inzibati məsuliyyətə cəlb olunmuş, həm də xx.xx.2021-ci ildə, yəni bir il ərizində həmin əməli təkrarən törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə inzibati məsuliyyət nəzərdə tutulub. - Həmin Məcəllənin 333.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məjəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-250/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-250/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver