Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-256/2021 01.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Protokolu tərtib edən şəxs Şəfiyev Natiq Abil oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkən şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Aşağı-zeyid kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-75/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 1400 manat aliment borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-75/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment alınaraq X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 1400 manat aliment borcu var. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-75/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment alınaraq X4 verilməsi təmin olunmalıdı. İİ Qarabağ müharibəsində iştirak edib yaralanmışdır. Qətnamədən xəbəri olmayıb. Hər ay 140 manat aliment ödəməli olduğu barədə bu gün məlumatı olub. Alimenti ödəyəcəkdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-75/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən bir uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında aliment ödəməlidir. Aliment borcunun ödənilməsini tələb edir. Hazırda borclunun ona 1400 manat aliment borcu var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1.-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyr olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi baş verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-256/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-256/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver