Məhkəmə qərarları › İş №3(067)-257/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-257/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-257/2021 02.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Xaçmaz rayonunun Nərəcan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Yalama st. XPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Ağacanov X2 Vasif Vaqif oğlu xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində arvadı X3 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf edərək bildirmişdir ki, o, 2008ci ildə X5 ilə ailə həyatı qurmuşdur. Hazırda onlar arvadı Vəfa Ağacanovaya məxsus olan fərdi yaşayış evində yaşayırlar. Onların iki oğlan övladı var. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ailə münaqişəsi zəminində Vəfa Ağacanovanın başına şüşə qənd qabı ilə vurmuş, daha sonra isə onu yumruq və təpiklə vurmuşdur. Əməlindən peşmandır və barəsində inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh növü təyin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli Xaçmaz rayon MTE və PA şöbəsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, X1 təpə nahiyəsinin səthi əzilmiş yaraları, sol almacıq nahiyəsinin şişkinliyi, sol çiyin qurşağı nahiyəsinin qançır və səthi əzilmiş yarası, sağ bazu, sağ bud və hər iki baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yerinə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ailə münaqişəsi zəminində Vəfa Ağacanovanın başına şüşə qənd qabı ilə vurmuş, daha sonra isə onu yumruq və təpiklə vuraraq Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətmişdir. Məhkəmə, Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını və təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar