Məhkəmə qərarları › İş №3(067)-259/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-259/2021

03.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-259/2021 03.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə N.Nərimanov küçəsində hərəkətdə olarkən həmin avtomobilin arxa xarici işıq cihazlarında sayrışan işıqlar olduğundan ərazidə xidmətdə olan Xaçmaz rayon X11 X12 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah edilmiş, lakin sonuncu polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə N.Nərimanov küçəsində hərəkətdə olarkən həmin avtomobilin arxa xarici işıq cihazlarında sayrışan işıqlar olduğundan ərazidə xidmətdə olan Xaçmaz rayon X11 X12 Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini təqdim etməsi təklif edildikdə həmin vaxt Şəxs spirtli içki qəbul etməsi hiss olunduğundan Yol Patrul Xidməti inspektoru tərəfindən ona qanunvericiliyin tələbləri izah edilərək avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah edilmiş, lakin sonuncu polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə N.Nərimanov küçəsində hərəkətdə olarkən avtomobilində sayrışan işıqlar olduğunu müşahidə edən Xaçmaz rayon X11 X12 Yol Patrulu Xidmətinin inspektorları tərəfindən saxlanılmış və yoxlama zamanı onun spirtli içki qəbul etməsi hiss olunduğundan ona barəsində müvafiq sənədləşmə işləri aparılması ilə bağlı avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olduğu izah edildikdə o, əsəbləşərək yol patrul xidmətinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X11 Yol polisi bölməsi yol patrul xidməti inspektoru X5 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə saat 00:30 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə iş yoldaşı Azad Rəcəbovla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində xidmətdə olarkən həmin küçə ilə hərəkətdə olan “VAZ 2107” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa xarici işıq cihazlarında sayrışan işıqlar olduğunu müəyyən edərək tərəflərindən həmin avtomobil saxlanılmış və avtomobilin sürücüsü, sonradan şəxsiyyəti onlara məlum olan Şəxs avtomobilin sənədlərini təqdim etməsini təklif etmişlər. Həmin vaxt Şəxs spirtli içki qoxusu gəldiyindən tərəfilərindən ona qanunvericiliyin tələblərini pozduğuna görə barəsində sənədləşmə aparılacağı və avtomobilin yol hərəkətindən kənarlarşıdırlmalı olacağı izah edildikdə sonuncu avtomnobilin qapılarını bağlayaraq heç bir yerə getməyəcəyini bildirməklə onların və yol polis bölməsinin rəisinin ünvanına ucadan nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq o, hüquqazidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Dəvət olunmuş Xaçmaz rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə Şəxs Xaçmaz rayon polis şöbəsinə aparılmış, ona məxsus nəqliyyat vasitəsi də dəvət olunmuş evakuator xidməti vasitəsi ilə polis şöbəsinin duracağına gətirilməsi təmin edilmişdir. Şəxs bütün bu hərəkətləri video görüntü vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X11 Yol polisi bölməsi yol patrul xidməti inspektoru X7 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X11 Yol polisi bölməsi yol patrul xidməti inspektoru X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inziati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs xataya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli, 76 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 00:45 radələrində tutulmuşdur. Odur ki, X3 həbsinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 00:45 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 00:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar