Məhkəmə qərarları › İş №3(067)-267/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-267/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-267/2022 08.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X16 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 10 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraçı kəndində yaşayan X6 məxsus evinin həyətində yerləşən hindən 80 manat dəyərində ev quşlarını, bundan başqa 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan X10 məxsus evin həyətindən 3 ədəd 90 manat dəyərində hind quşunu, bundan başqa 15 yanvar 2022ci il tarixdə X7 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış olmayan evindən 25 manat dəyərində su matorunu, bundan başqa 23 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X11 Xaçmaz rayonu Bakı prospektində işlətdiyi obyektindən 1 ədəd 25 manat dəyərində qaz balonunu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X21 Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 göstərdi ki, Şəxs 10 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraçı kəndində yaşayan X6 məxsus evinin həyətində yerləşən hindən 80 manat dəyərində ev quşlarını, bundan başqa 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan X10 məxsus evin həyətindən 3 ədəd 90 manat dəyərində hind quşunu, bundan başqa 15 yanvar 2022-ci il tarixdə X7 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış olmayan evdən 25 manat dəyərində su matorunu, bundan başqa 23 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayab X11 Xaçmaz rayonu Bakı prospektində işlətdiyi obyektindən 1 ədəd 25 manat dəyərində qaz balonunu oğurlamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurmuş, sonradan isə həmin oğurlanmış əşyalar mal sahiblərinə geri qaytarılmışdır. Hazırda iş üzrə zərərçəkmiş şəxslər ərizə verərək inzibati xəta əməlini törətmiş şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, Şəxs 10 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qaraçı kəndində yaşayan X6 məxsus evinin həyətində yerləşən hindən 80 manat dəyərində ev quşlarını, bundan başqa 02 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan X10 məxsus evin həyətindən 3 ədəd 90 manat dəyərində hind quşunu, bundan başqa 15 yanvar 2022-ci il tarixdə X7 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış olmayan evdən 25 manat dəyərində su matorunu, bundan başqa 23 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayab X11 Xaçmaz rayonu Bakı prospektində işlətdiyi obyektindən 1 ədəd 25 manat dəyərində qaz balonunu oğurlamışdır. Bütün bu oğurluqları maddi imkansızılıqından etmişdir. Hal-hazırda iş üzrə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın ödədiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirməklə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X15 Bölməsinin təhqiqatçısı polis, baş leytenantı X24 oğlunun 20 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X15 Bölməsinin təhqiqatçısı polis, polkovnikleytenantı X14 12 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X15 Bölməsinin təhqiqatçısı polis, mayoru X8 21 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X15 Bölməsinin təhqiqatçısı polis, mayoru X8 29 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu Qaraçı kənd sakini X4 07.02.2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan X9 07.02.2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Xaçmaz şəhəri, Topçubaşov küçəsi, ev 28-də yaşayan X5 07.02.2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan ünvan 2 ünvanda yaşayan X11 07.02.2022-ci il tarixli, ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğluna istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs oğluna istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 227-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işdə olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, onlara dəymiş zərər ödənilmişdir və buna görə də onların barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Onlar barışmışlar. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.0.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin vurulmuş ziyanı tamamilə ödəyib zərərçəkmiş şəxslərlə barışdığından Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227- ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışdığından ona İXM-nin 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar