Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-27/2021 12.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X15 Böyükkişi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsinin nümayəndəsi X5 Barəsində inzibati xəta hqqında icraat aparılan şəxs X6 iştirakları ilə X6 Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin tərtib etdiyi 17 iyun 2016-cı il tarixli, 000519 saylı qərarının ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsi tərəfindən X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 1000 manat məbləğində cərimə olunmasına dair 01 iyul 2016-cı il tarixdə 000519 saylı qərar tərtib olunmuşdur. X9 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin 17 iyun 2016-cı il tarixli, 000519 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, 17.06.2016-cı il tarixdə, saat 10:30 radələrində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsisinin əməkdaşı X1 rayonu Hacıisa-Oba kənd ərazisində Torpağa mülkiyyət hüququna dair JN 0037 seriyalı 30214098 kodlu dövlət aktına əsasən qardaşının mülkiyyətində olan 0.95 ha əkinə yararlı torpaq sahəsinin 0.20 ha 2 metr dərinliyində qazılaraq süni göl yaratmağına görə cərimə edilmişdir. Onun qardaşına məxsus torpaq sahəsində süni gölün yaradılmasını qanunsuz bilib onu cərimə etməklərinə baxmayaraq, protokolda da qeyd edilmidşdir ki, güya o, əkinə yararlı torpaq sahəsində torpağın münbit qatını korlayaraq süni göl yaratmışdır. Həmin gölün ərazisi torpaqların qida maddələri ilə təmin olunma dərəcəsi, bioloji və fiziki xassələri yoxlanılıb rəsmi sənəd var ki, həmən torpaq sahəsi mümbit deyil və əkinə qətiyyən yararlı deyil. Lakin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsisinin əməkdaşı X1 rayonu, Hacıisa-Oba kəndinə gələrək heç soruşmadan həmin sözü gedən ərazi yerləşən göl necə yaranıb, kim tərəfindən salınıb bir başa onun adına protokol tərtib edərək onu 1000 manat cərimə etmişdir. Sözü gedən göl sahəsi və göl özü Sovetlər dönəmində sovxoz heyvanlarının suvarılması üçün nəzərdə tutulmuşdur. Halhazırdada həmin göldə heç bir dəyişiklik olunmayıb. Maddi vəziyyəti çox ağır olduğundan həmin sözü gedən gölü doldura bilməmişdir və torpağı münbitləşdirməyə imkanı olmadığından göl olduğu kimi saxlanılmışdır. ARƏMDK-m Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin işçisi X3 heç bir araşdırma aparmadan qərəzli protokol yazaraq 2016-cı ildən protokolu gizlətmiş və bu yaxınlarda həmin protokolu Xaçmaz rayon İcra və Probasiya yönləndirmişdir. Məhkəmə iclasında X9 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin 17 iyun 2016cı il tarixli, 000519 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin nümayəndəsi X10 izahatında göstərfmişdir ki, X9 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin 17 iyun 2016-cı il tarixli hansı qərarından şikayət edib. Əslində isə onun barəsində 17 iyun 2016-cı il tarixli qərar yoxdur. Həmin şəxs 01 iyul 2016-cı il tarixli qərardan şikayət verməli olduğu halda o, qərardan şikayət verməyib. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında göstərmişdir ki, icra sənədi 07.12.2016-cı ildə icra şöbəsinə daxil olub. 29.09.2020-ci ildə isə onun icraatına daxil olub. Qərarın və bildirişlərin Nəzər Həbibova çatdırılması barədə sənəd icra işində yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 iş materiallarında olmayan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon 13 saylı ərazi şöbəsinin 17 iyun 2016-cı il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-27/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-27/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver