Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-273/2023 23.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, M.FAxundov küçəsi ev 94-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(067)-1447/2020 saylı icra sənədinə əsasən 4710 manat aliment borcunu qərəzli olaraq ödəmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(067)-1447/2020 saylı icra sənədinə əsasən Şəxs 17 iyun 2020-ci ildən başlayaraq iki uşağın saxlanılmaları üçün hər ay hər hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul şəklində aliment alınaraq X1 verilməlidir. Borclu alimenti vaxtında və lazıminca ödəməmiş və 4710 manat aliment borcu yaranmışdır. Borcluya aliment ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. Həmçinin bildirmişdir ki, borclu hazıradək cəmi 2330 manat aliment ödəmiş, sonuncu dəfə aliment isə 2022-ci ilin oktyabr ayında ödəmişdir. Tələbkar aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, aliment borcunu işsizliyi və səhhəti səbəbindən ödəyə bilməmiş və 4710 manat aliment borcu yaranmışdır. O, aliment borcunu ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, uşaqlarının saxlanılmasına onun valideynləri köməklik edir. Hazırda o, ikinci dəfə ailə qurmuş və bu nikahdan da bir uşağı vardır. Hazırda alimentlə bağlı ödəniş edə bilmir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(067)-1447/2020 saylı icra sənədinə əsasən Şəxs 17 iyun 2020-ci ildən başlayaraq iki uşağın saxlanılmaları üçün hər ay hər hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul şəklində aliment alınaraq X1 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, həmçinin onun əmlak vəziyyəti yoxlanılmış, lakin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar dilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-273/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-273/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver