Məhkəmə qərarları › İş №3(067)-273/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-273/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-273/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X3 Quba RPŞ-nin YPX-nin inspektoru X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X2 rayon məhkəməsinə müraciət edərək, Quba RPŞ-nin YPX-nin inspektoru X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba RPŞ-nin YPX-nin inspektoru X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş həmin qərardan şikayət isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İMX-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Göründüyü kimi, X5 mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarı nə vaxt rəsmi qaydada almasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülüb-ötülülməməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X3 şikayəti geri qaytarılmalı və ona izah edilməlidir ki, AR İXM-nin 130.2-ci maddəsinə əsasən qərardan şikayət vermək müddəti ötürldüyü halda, müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanları və AR İXM-nin 130-cu maddəsini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: X3 Quba RPŞ-nin YPX-nin inspektoru X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar