Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-274/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Nərəcan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 2020-ci ilin dekabr ayının 6-dan 2021-ci ilin yanvar ayının 9-dək olan müddət ərzində Xaçmaz rayonu Qusarçay kənd sakini G.Şıxəliyevin evindən 27 manat pulu, 15.01.2021-ci il tarixdə Xaçmaz rayonu Nərəcan kəndində Kamran Novruzovun həyətindən bir ədəd “Ander” markalı odun doğrayan drujbanın və 13-14 fevral 2021-ci il tarixə keçən gecə bir ədəd ot biçən aparatını, 13.03.2021-ci il tarixdə X3 yaşadığı evdən dəyəri 80 manat olan 1 ədəd mis qazanın, 1 ədəd mis teştin və 5 kq fındığı, 27.02.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov prospektində X4 məxsus 80 manat dəyərində gödəkçəni, 15.02.2021-ci il tarixdə saat 02-00 radələrində Xaçmaz rayon Qobu-qıraq kəndində Təmirov Saleh Nizam oğlunun yaşadığı evin həyətindən ümumi dəyəri 70 manat olan 100 metr uzunluğunda kabeli, 2 ədəd razetkanı və 1 ədəd çəkici, 07.03.2021-ci il tarixdə M.F.Axundov küçəsindən bir baş keçini, 12.03.2021-ci il tarixdə Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsində avtomobildən akkumlyatoru taladığına görə Xaçmaz RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs ayrı-ayrı vaxtlarda bir neçə inzibati xətaları törətdiyindən barəsində Xaçmaz RPŞ-də ayrı-ayrı əməkdaşlar tərəfindən bir neçə inzibati xəta haqqında icraat aparılmışdır. Belə ki, Şəxs 2020-ci ilin dekabr ayının 6-dan 2021-ci ilin yanvar ayının 9-dək olan müddət ərzində Xaçmaz rayonu Qusarçay kənd sakini G.Şıxəliyevin evindən 27 manat pulu, 15.01.2021-ci il tarixdə Xaçmaz rayonu Nərəcan kəndində Kamran Novruzovun həyətindən bir ədəd “Ander” markalı odun doğrayan drujbanın və 13-14 fevral 2021-ci il tarixə keçən gecə bir ədəd ot biçən aparatını, 13.03.2021-ci il tarixdə X3 yaşadığı evdən dəyəri 80 manat olan 1 ədəd mis qazanın, 1 ədəd mis teştin və 5 kq fındığı, 27.02.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov prospektində X4 məxsus 80 manat dəyərində gödəkçəni, 15.02.2021-ci il tarixdə saat 02-00 radələrində Xaçmaz rayon Qobu-qıraq kəndində Təmirov Saleh Nizam oğlunun yaşadığı evin həyətindən ümumi dəyəri 70 manat olan 100 metr uzunluğunda kabeli, 2 ədəd razetkanı və 1 ədəd çəkici, 07.03.2021-ci il tarixdə M.F.Axundov küçəsindən bir baş keçini, 12.03.2021-ci il tarixdə Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsində avtomobildən akkumlyatoru oğurladığına barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətaları törətməkdə təqsirli bilərək, əməllərindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan MN № ******* saylı 08 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2020-ci ilin dekabr ayının 6-dan 2021-ci ilin yanvar ayının 9-dək olan müddət ərzində Xaçmaz rayonu Qusarçay kənd sakini G.Şıxəliyevin evindən 27 manat pulu oğurlamışdır. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.03.2021-ci il tarixdə X3 yaşadığı evdən dəyəri 80 manat olan 1 ədəd mis qazanın, 1 ədəd mis teştin və 5 kq fındığı oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07.03.2021-ci il tarixdə M.F.Axundov küçəsindən bir baş keçini oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.03.2021-ci il tarixdə Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsində avtomobildən akkumlyatoru oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.02.2021-ci il tarixdə saat 02-00 radələrində Xaçmaz rayon Qobu-qıraq kəndində Təmirov Saleh Nizam oğlunun yaşadığı evin həyətindən ümumi dəyəri 70 manat olan 100 metr uzunluğunda kabeli, 2 ədəd razetkanı və 1 ədəd çəkici oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.02.2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov prospektində X4 məxsus 80 manat dəyərində gödəkçəni oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 07 aprel 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.01.2021-ci il tarixdə Xaçmaz rayonu Nərəcan kəndində Kamran Novruzovun həyətindən bir ədəd “Ander” markalı odun doğrayan drujbanın və 13-14 fevral 2021-ci il tarixə keçən gecə bir ədəd ot biçən aparatını oğurladığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs oğlu xırda talama əməlləri törətmişdir. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 30 (otuz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbs ediisin. Həbsin əvvəli 08 aprel 2021-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-274/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-274/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver