Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-276/2022 09.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1987-ci ildə Xaçmaz rayonunda kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üçüncü qrup əlil, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Gödəkli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 20 sentyabr 2021-ci il tarixdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuananı Xaçmaz rayonunun Nərəcan kənd sakini X2 qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin gün axşam saatlarında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon Polis Şöbəsində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 1 ədəd kağız bükümdə, 1,470 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 20 sentyabr 2021-ci il tarixdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik vasitə qurudulmuş marixuananı Xaçmaz rayonunun Nərəcan kənd sakini X2 qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və həmin gün axşam saatlarında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon Polis Şöbəsində onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 1 ədəd kağız bükümdə, 1,470 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs oğlu törətdiyi xətanı etiraf etməklə göstərdi ki, həqiqətən o, 20 sentyabr 2021-ci il tarixdə rayonun Nərəcan kənd sakini X2 şəxsi istifadəsi üçün qanunsuz olaraq 1 büküm narkotik narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış və həmin gün axşam saatlarında yaşadığı kənddə polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra həmin narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. Törətdiyi xətaya görə peşmançılıq hissi keçirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati icraatın başlanması haqqında 11 yanvar 2022-ci il tarixli qərar, inzibati xəta haqqında 09 fevral 2022-ci il tarixli protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin 21 sentyabr 2021-ci il tarixli, 7/473 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəxs Mödlüd oğlunun üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 1,470 qram olan kütlə narkotik tərkibli şətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı, 569062 nömrəli arayışın surətindən görünür ki, Şəxs ümumi xəstəlikdən üçüncü qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşmançılığını və üçüncü qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,470 qram olan kütlə narkotik tərkibli şətənə (kannabis) birkisi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,470 qram olan kütlə narkotik tərkibli şətənə (kannabis) birkisi məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-276/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-276/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver