Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-278/2025 04.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində toplanmış inzibati materialdan görünür ki, o, ünvansız nalayiq ifadələr işlədib polisin qanuni tələbinə qəsdən əməl etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati material araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xətaya dair material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, hadisə ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatı alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-278/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-278/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver