Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-279/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və X10 Cəmil Rasim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə 04 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. 04 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs Xaçmaz rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(067)-1454/2023 saylı icra vərəqəsinə əsasən 6050 manat aliment borcunu və Xaçmaz rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(067)-1454/2023 saylı icra vərəqəsinə əsasən 5011 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1501/2023-014 saylı, 05 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs icra vərəqəsində göstərilən cehiz əmlakları və ya onları dəyəri cəmi 4887 manat məbləğində pul və ödənilmiş 74.42 manat dövlət rüsumu və 50 manat medasiya allınaraq tələbkar X8 verilməsi, 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi təmin olunmalıdır. İcra sənədi 15 fevral 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icra tədbirləri görülmüş və borcluya bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Lakin borclu icra vərəqəsi üzrə icra məmurunun tələblərini yerinə yetirməyib. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa Xaçmaz rayon Məhkəməsinin 2(067)-1454/2023-006 saylı, 05 iyun 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs X6 yetkinlik yaşına çatandək saxlanılması üçün 07 aprel 2023-cü il tarixdən başlayaraq hər ay 200 manat və Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-403/2024-008 saylı, 09 fevral 2024-cü il tarixli icra sənədinə əsasən isə cavabdeh Şəxs X1 üçün 27 oktyabr 2023-cü il tarixdə başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə icra tədbirləri görülmüş və borcluya bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin icra vərəqləri üzrə 6050 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməyib. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç yerdə işləmir, imkanı çatdığı qədər borcundan ödəniş edir, lakin, etdiyi ödənişlər boş-boşunadır. Tələbkar tərəf hər dəfə şikayət edərək onun həbs olunmağını istəyir, həmçinin onun uşaqlarla görüşməyinə də icazə vermir. Hazırda tələbkara borcundan 1000 manat ödəyə bilər. Borcundan hər ay ödənişlər edəcəkdir. Borcunu hər ay hissə-hissə olmaqla 100-150 manat ödəniş edə biləcəkdir. Ödəniş etməkdən yayınmır. İnzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi X7 müvəkkilinin mövqeyindən çıxış edərək, Şəxs barəsində olan inzibati xəta haqqında protokollara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X11 göstərmişdir ki, borclu borcunu ödəməkdən boyun qaçırır. Sonuncu dəfə 2024-cü ilin may ayında aliment borcundan ödəniş etmişdir. Borclu ilə birgə nikahından iki uşaqları var. Borclu hər ay borcundan 300 manat ödəniş edə bilərsə, ödəsin. Hazırda 1000 manat pulu ödəməsinə razıdır, şikayəti yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Belə ki, zərərçəkmiş şəxs X4 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 528.1ci və 528.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 528.1-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-279/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-279/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver