Məhkəmə qərarları › İş №3(067)-281/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-281/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-281/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Xanlıq-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əy yə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə xidmətdə olan polis polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xəta törətmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, evli olmaqla himayəsinə 3 azyaşlı övladının olmasını, əvvəllər məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Həmçinin əlilliyi olamdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə xidmətdə olan polis polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən X1 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2021-ci il tarixdə xidmətdə olan polis polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuş və xx xxxxx 2021-ci il tarixdə saat 11:00da azad edilmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs xx xxxxx 2021-ci il tarixdən saat 23:45-dən xx xxxxx 2021-ci il tarixə saat 11:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 100 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar