Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-285/2021 22.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, Şikayətçi X6, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndələri X5 və X4 iştirakları ilə, X9 tərəfindən Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN0460606 nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X9 məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN0460606 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ət kəsimi ilə məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə AQTA-nın Xaçmaz RB-nın rəisi X11 guya Baytarlıq baxışından keçirilməyən baytarlıq sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə barəsində 15 yanvar 2021-ci il tarixli MN ******* nömrəli qeyri qanuni protokol tərtib edərək onu Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə və Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən 200 (iki yüz) manat cərimə edilmişdir. Həmin heyvan onun özünün həyətində saxladığı olan maldır. Öz həyətində heyvanı kəsərək yolun kənarında ət dükanında satmışdır. Satarkən AQTA-nın Xaçmaz RB-nin rəisi X11 ona bildirmişdir ki, mütləq o, malı evdə yox baytarlıq baxışından keçən (baytarlıq sanitariya) tələblərinə cavab verən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə və heyvan mənşəli məhsullarının baytarlıq ekspertizası aparılmadan satışı qadağandır. Onu xəbərdarlıq etmədən cərimə etmişlər. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN0460606 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs şikayət ərizəsinə uyğun izahat verməklə, əlavə bildirmişdir ki, heyvanların xüsusi kəsim yerlərində kəsilməsi üçün AQTA tərəfindən ondan əlavə 70 manat pul alınır, bu isə onun üçün artıq bir xərc olduğundan onu ödəmək istəmir. Bundan başqa, xüsusi kəsim yerlərində kəsilən heyvanlar natəmiz şəraitdə saxlanılır bu isə sonrada müştərilərin narazılıqlarına səbəb olur. Buna görə də, heyvanı öz həyətində kəsərək, dükanda satışa çıxarmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi izahatında göstərmişdir ki, X2 baxışından keçirilməyən, baytarlıq sanitariya ələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsdiyi üçün Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə və Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən 200 (iki yüz) manat cərimə edlmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, X2 baxışından keçirilməyən, baytarlıq sanitariya ələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsdiyi üçün Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə və Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən 200 (iki yüz) manat cərimə edlmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə tərib edilmiş xx xxxxxx 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarda inzibati xətanın mahiyyət ətraflı şəkildə qeyd olunmuşdur. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsaəsn bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər. Həmin Qanununun 16.5-ci maddəsinə görə, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Qeyd olunan Qanunun 16.6-cı maddəsində göstərilir ki, ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Sözügedən Qanunun 17.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir. Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş X9 heyvanı xüsusi kəsim yerindən kənarda, yəni öz həyətində kəsdiyini və baytar nəzarətindən keçirmədən satışa çıxardığını etiraf etmiş, buna da, onunla əsaslandırmışdır ki, heyvanı xüsusi kəsim yerində kəsilməsi üçün əlavə 70 manat pul ödəməli olur, həmçinin xüsusi kəsim yerlərində natəmizlikdən şikayət etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş X6 əməli Azərbaycan Respublikası “Baytarlıq haqqında” Qanunun tələblərinə zidd olduqdan, barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN0460606 saylı qərarı qanuni hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-285/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-285/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver