Məhkəmə qərarları › İş №3(067)-286/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-286/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-286/2021 23.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Şikayət verən şəxs X1, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx xxx 2020-ci il tarixli MN №0481556 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək bildirmişdir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM- 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli MN №0481556 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, güya o, xx xxx 2020ci il tarixdə Xaçmaz rayonu İdris-oba kəndində yerləşən Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan ərazidə əkin işləri aparmaq üçün orada olan bir neçə kol bitkisini kəsmişdir. Azərbaycan Respublikası İXM-253.2-ci maddəsinin tələblərinə görə meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuuşdur. O, isə həmin vaxt heç bir kol bitkisini və ya hər hansı bir ağacı kəsməmişdir. Həmin ərazidə əkin işləri aparmaq üçün torpağı alaq bitkilərindən təmizləmək istəmişdir. Barəsində qəbul edilmiş qərardan isə onun hansı ağacı və ya kol bitkilərini kəsməyi müəyyən edilməmiş, belə bir hal ümumiyyətlə aşkar olunmamışdır. Onun barəsində Azərbaycan Respublikası İXM- 253.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi barədə qanunsuz qərar qəbul edilmişdir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, şikayət etmiş X4 xx xxx 2020-ci il tarixdə Xaçmaz rayonu İdris-oba kəndində yerləşən Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan ərazidə əkin işləri aparmaq üçün orada olan bir neçə kol bitkisini kəsmişdir. Ona görə də X4 Azərbaycan Respublikası İXM- 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx xxx 2020-ci il tarixli MN №0481556 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli MN №0481556 saylı qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş protokolların, fotoşəkillərin, akt və izahatların surətlərindən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 5 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx xxx 2020-ci il tarixli MN №0481556 say saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar