Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-287/2021 17.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Dadaşova Könül Vasif qızının katibliyi ilə, Xaçmaz Mənzil Kommunal İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 19.11.2000-ci il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində formalaşan tullantıların müvəqqəti saxlanılması üçün yerlər ayrılmadığına, tutumlar qoyulmadığına, tullantıların daşınması təmin olunmadığına və qanunsuz zibilxana yarandığına görə Xaçmaz Mənzil Kommunal İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat vermiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 bildirdi ki, 19.11.2000-ci il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində formalaşan tullantıların müvəqqəti saxlanılması üçün yerlər ayrılmamış, tutumlar qoyulmamış, tullantıların daşınması təmin olunmadığına və qanunsuz zibilxana yarandığına görə Xaçmaz Mənzil Kommunal İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Xaçmaz Mənzil Kommunal İdarəsinin nümayəndəsi X2 bildirdi ki, zibilxananın yaranmasına və zibil qutuların yerləşdirilməməsinə səbəb o hal olmuşdur ki, zibil qutuları təlimata uyğun şəkildə şəhərin müvafiq yerlərində yerləşdirildikdə, həmin qutular sakinlərin yaşadıqları evlərin qarşısına yerləşdirilməli olmuş və həmin sakinlər bu barədə narazılıqlarını bildirərək, qutuların oradan götürülməsini tələb etmişdirlər. Bu səbəbdən də, qutuları təlimata uyğun şəkildə yerləşdirkəm mümkün olmamışdır. İş materiallarında olan MN № ******* saylı 15 dekabr 2020-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, 19.11.2000-ci il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsində formalaşan tullantıların müvəqqəti saxlanılması üçün yerlər ayrılmamış, tutumlar qoyulmamış, tullantıların daşınması təmin olunmadığına və qanunsuz zibilxana yarandığına görə Xaçmaz Mənzil Kommunal İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmişdir. İş materiallarında olan MN № ******* saylı 15 dekabr 2020-ci il tarixli Qərardaddan görünür ki, Xaçmaz Mənzil Kommunal İdarəsi inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış material Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 266.1 maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərtib olunmuş Akt və fotoşəkillərdən sübuta yetirilmişdir ki, Xaçmaz Mənzil Kommunal İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xaçmaz Mənzil Kommunal İdarəsi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsinin Əsasnaməsinin ikinci maddəsindən görünür ki, idarə müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. İdarənin ayrıca əmlakı vardır, üzərində idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Beləliklə, qeyd olunan qanunların normalarından görünür ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi hüquqi şəxsdir və inzibati məsuliyyətə hüquqi şəxs qismində cəlb edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Xaçmaz Mənzil Kommunal İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xaçmaz Mənzil Kommunal İdarəsi Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-287/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-287/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver