Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-287/2023 24.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 23 fevral 2023-cü il tarixdə, Xaçmaz rayonunun Xanlıq-oba kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin polis serjantı Rahib Hacıyevlə birlikdə xidmətdə olduqları zaman Çarxı kənd icra nümayəndəsi və kənddən iki-üç nəfər onun mobil telefonuna zəng edərək X2 kəndində camaatı toplayaraq mitinq keçirdiyini bildirmişlər. Buna görə də o və Rahib həmin yerə gedərək adamların toplaşdığını görmüşlər. Onlar insanların toplaşdığı yerə yaxınlaşanda Şəxs onlara qarşı ucadan söyüş söyməyə başlamışdır. Onlar Akşinə sakit olmağı, səs-küy yaratmamağı bildirmişlər, lakin sonuncu söyməyə, səs-küy yaratmağa davam etmişdir. Bundan sonra onlar Akşini PPXnin avtomobilinə əyləşdirib Xaçmaz RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, mobil telefonunda status paylaşaraq kənd camaatını kənddə su və örüş məsələsini həll etmək üçün toplaşmağa çağırmış, xx.xx.2023-cü il tarixdə iyirmi-iyirmi beş nəfər bunula bağlı kənddə toplaşmışdır. Bu zaman polis əməkdaşları ora gəlmiş və o, əsəbi olduğundan polis əməkdaşlarının ünvanına, həmçinin ora toplaşmış insanların ünvanına nalayiq ifadələr işlətmişdir. O, özünü törətdiyi əməldə təqsirli bilmiş, həmin əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, həmin tarixli raportdan, Şəxs xx.xx.2023-cü il tarixli izahatından müəyyən edilir ki, 23 fevral 2023-cü il tarixdə, saat 18:40 radələrində Xaçmaz RPŞ-nin polis sahə rəisi Vüsal Mahmudov və həmin polis şöbəsinin İTB-nin polis nəfəri Rahib Hacıyev xidmətdə olduqları zaman Xaçmaz rayonu Çarxı kənd icra nümayəndəsi Vüsal Mahmudovun mobil telefonuna zəng edərək Şəxs Xanlıq-oba kəndində qanunsuz olaraq insanları toplayaraq mitinq etdiyini bildirmişdir. Polis əməkdaşları Xanlıq-oba kəndinə getmiş və 20 nəfərə yaxın insanın yığışdığını görüb yaxınlaşanda Şəxs polis əməkdaşlarına söyüş söymüş, sonuncular Şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu daha da yüksək səslə onları söyməyə davam etmiş, bundan sonra polis əməkdaşları Şəxs PPX-nin avtomobilinə çətinliklə əyləşdirərək Xaçmaz RPŞ-yə aparmışlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-287/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-287/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver