Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-287/2024 01.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 29 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X2 Təhlükəsizlik Bölməsinin, polis sahə rəisi, polis mayoru Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları Bəxtiyar Sadıqov, Əfqan Novruzov və Şahid Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində xidmətdə olanda vətəndaş Şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim etdikləri zaman, vətəndaş qaçmışdı. Qaçandan sonra onun həmkarları onun arxasınca gedərək onu saxlamışlar. Şəxs saxlanıldığı vaxtı nalayiq ifadələr işləditdiyindən və polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə Xaçmaz rayon Polis Şöbəsinə gətirib barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə raport tərtib edirərək, növbətçi hissəyə təhvil vermişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, zibilləri atmaq üçün yaşadığı evdən bayıra çıxıb həmin zibbiləri zibil qutusuna ataraq geri dönüb getmək istəyərkən bir “Mercedes” markalı nəqliyyat vasitəsi gəlib orda dayanmış və həmin maşından bir neçə nəfər şəxs düşərək onun qolundan tutmuşdurlar, o, tez qolunu onların əlindən çəkərək qorxusundan qaçmağa başlamışdır. O, qaçarkən həmin şəxslər ona dur polis dediyi üçün o, yerində dayanaraq, qayıdıb onların yanına gəlmişdir. Bundan əlavə olaraq o, həmin vaxt polisin ünvanında nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili Şahid göstərdi ki, 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Ü. Hacıbəyov ilə M. Hüseynzadə küçəsinin kəsişməsində bir nəfəri saxlamışlar, sonradan saxladıqları şəxsin adının Səlim olduğu müəyyən edilmişdir. Həmin şəxs onlar tərəfindən saxlanıldığı zaman onalaraq qarşı kobud rəftar etmiş, onların ünvanına ünvansız nalayiq ifadələri işlətmişdir. Buna görə onlar şəxsi rayon Polis Şöbəsinə gətirərək raporta növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra şəxs öz elədiyi hərəkəti, boynuna alaraq onlardan etmiş olduğu əməlinə görə üzr istəmiş, həm də həmin vaxt onların polis əməkdaşları olmasını bilmədiyini demişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 29 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli, 65 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 fevral 2024-cü il tarixdə saat 20:20 radələrində inzibati qaydada tutulduğundan həbsin əvvəli 29 fevral 2024-cü il tarixdən saat 20:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 29 fevral 2024-cü il tarixdən saat 20:20-dən hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-287/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-287/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver