Məhkəmə qərarları › İş №3(067)-289/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-289/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-289/2021 27.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Şikayətçi X6in, Xaçmaz rayonu DYP şöbəsinin inspektoru polis kapitanı X3 iştirakları ilə, Xaçmaz rayonu YPX-nin inspektoru X1 25 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın ləğv edilməsi ilə bağlı YPX inspektoru Elvin Hacıbutayevin iş fəaliyyətinin yoxlanması ilə bağlı qərar qəbul edilməsinə dair verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X6 məhkəməyə müraciət edərək Xaçmaz rayonu YPX-nin inspektoru X1 25 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın ləğv edilməsi ilə bağlı YPX inspektoru Elvin Hacıbutayevin iş fəaliyyətinin yoxlanması ilə bağlı qərar qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 25.03.2021-ci il tarixdə saat 18:10 radələrində Xaçmaz ll-ci Tağımın YPX-nin inspektoru X2 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə protokol tərtib edərək 25.03.2021-ci il tarixdə İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 25.03.2021-ci il tarixdə saat 17:30 radələrində Xaçmaz şəhərinin Rusiya istiqamətində Xaçmaz şəhərinin çıxışı olan Qudyalçay adlanan yerdən keçərkən özünə məxsus QAZ ******* yük markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşınını idarə edərkən ll-ci Tağımın Yol patrul xidmətinə məxsus BMV nimik markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobili idarə edən YPX əməkdaşı xidməti maşınından düşərək mənə dayanma əmri verərərk sənələrini tələb etmişdir. O, hansı səbəbə çağırdığını YPX-nin ispektorundan öyrəndikdə ona bildirmişdir ki, onun avtomaşınında əlavə avadanlıqlar quraşdırılıb yəni resor sayı çoxdur. YPX-nin inpektoru onun maşınını Xaçmaz rayon Polis Şöbəsinə məxsus olan duracağa gətirib saxlamış və ona cərimə olunduğu bildirilmişdir. Məhkəmə iclasında izahat vermiş X6 bildirmişdir ki, onun idarə etdiyi nəqliyyat vasitəsində həqiqət də, əlavə 2 ədəd resor mövcuddur, lakin həmin resorları o quraşdırmamışdır. Nəqliyyat vasitəsini alan zaman, ressorlar əvvəlki sahibi tərəfindən quraşdırılmışdır. Bundan başqa, nəqliyyat vasitəsini adına keçirən zaman texniki baxışdan keçmişdir, lakin texniki baxışda bununla bağlı hər hansı bir irad bildirilməmişdir. Məhkəmə iclasında Xaçmaz rayonu DYP şöbəsinin inspektoru polis kapitanı X8 izahatında göstərmişdir ki, 25.03.2021-ci il tarixdə Xaçmaz ll-ci Tağımın YPX-nin inspektoru X2 tərəfindən vətəndaş X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə İXP ******* saylı protokol tərtib edilmiş, 12 aprel 2021-ci il tarixdə isə qeyd olunan protokol əsasında TP ******* saylı qərar qəbul edilmişdir. Şikayətin əsaslı olmadığını bildirərək, məlumat vermişdir ki, rsor yük maşınlarına aid olan avadanlıq olmaqla, nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətini artırır. Qeyd olunan yük avtomobilində də, əlavə iki ədəd resor quraşdırılmışdır ki, Qazel markalı yük avtomobili əlavə yük götürə bilsin. Bu isə, texniki normalara ziddir. Bununla bağlı, mütəxəssisin baxış aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu YPX-nin inspektoru X2 tərəfindən tərtib olunmuş İXP ******* nömrəli, 25 mart 2021-ci il tarixli protokoldan qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.2, 342.2.3-cü maddələrinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan TP ******* nömrəli 12 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri ilə 150 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş Baxış aktından görünür ki, 25.03.2021ci il tarixdə saat 18:00 radələrində Qaz 330211 yük markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, 1) avtomaşının arxa hissəsinə əlavə olaraq iki ədəd istehsalçı tərəfindən nəzərdə tutulmayan ressor quraşdırılmışdır, 2) İstehsalçı tərəfindən həmin avtomaşın üçün nəzərdə tutulmuş arxa ressorların sayı 5 ədəd təşkil edir, 3) Yuxarıda qeyd olunan avtomaşında ressor sayı 7 ədəd təşkil edir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni 342.2.2-ci maddəyə görə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə və həmin Məcəllənin 342.2.3-ci maddəsinə görə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə olunur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bundan başqa müəyyən olunur ki, inzibati xəta haqqında qərar yuxarıda göstərilən baxış aktı əsasında tərtib olunub və qərarın ləğv olunmasına heç bir əsas yoxdur. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Xaçmaz rayonu YPX-nin inspektoru X1 25 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati protokolun və həmin protokol əsasında qəbul edilmiş 12 aprel 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar