Məhkəmə qərarları › İş №3(067)-29/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-29/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-29/2021 06.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Qusarçay kəndində yaşayan Şəxs Məmməd oğlu barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs Məmməd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Məmməd oğlundan Xaçmaz rayon məhkəməsinin 2(067)-371 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 38721.25 manat məbləğində pul alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs Məmməd oğluna dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 34539 manat aliment borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Məmməd oğlundan Xaçmaz rayon məhkəməsinin 2(067)-371 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 38721.25 manat məbləğində pul alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs Məmməd oğluna dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun 34539 manat borcu var. Həmçinin bildirdi ki, 34539 manat borcundan ödəniş etməmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan borcdan son 5 il (beş) il ərzində heç bir ödəniş edilməyib. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-371 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 38721.25 manat məbləğində pul alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. Bu vaxta qədər 3800 manat ödəniş etmişdir. Hazırda isə ödəniş etməyə maddi imkanı olmasa da icra sənədini icra etməkdən boyun qaçırmır. Həmçinin onu da bildirdi ki, qeyd olunan borcdan son 5 il (beş) il ərzində heç bir ödəniş etməyib. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Məmməd oğlundan Xaçmaz rayon məhkəməsinin 2(067)-371 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 38721.25 manat məbləğində pul alınaraq X2 verilməsi təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, icra sənədi üzrə son 5 ildə heç bir ödəniş edilməmişdir. Hazırda borclunun 34539 manat borcu vardır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Məmməd oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar