Məhkəmə qərarları › İş №3(067)-290/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-290/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-290/2022 04.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X15 X19 dövlət avtomobil müfəttişi polis kapitanı X4, inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 və onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs X2 iştirakları ilə, 24 sentyabr 1958-ci ildə Xaçmaz rayonunun M.Qorki Sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ləcət kəndində yaşayan X5 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X11 müraciət edərək, Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 şikayət ərizəsini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, Ona məxsus iki inəyi olmuşdur. O, həmin inəkləri hər gün olduğu kimi 21 noyabr 2021-ci il tarixdə də ailələrinə məxsus pay torpağına apararaq orda otlamaq üçün hörükləyərək evə qayıtmış, saat təxminən 18 radələrində onları evə gətirmək üçün getmişdir. O, inəklərin iplərindən tutaraq yolu keçirtmək məqsədi əvvəlcə yolun sağına və soluna baxmış maşının olmadığını əmin olduğundan sonra inəylərindən birinin ipini buraxmış digərini yolun o tərəfinə keçirtərkən arxadan möhkəm tormoz səsini eşitmiş, arxaya dönüb baxarkən “CHEVROLET” markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxasınca gələn inəyini vurdğunu görmüşdür. Həmin vaxtı hadisə yerinə xeylam sayda kənd sakinləri gəlmişdir. Hadisənin törədən “CHEVROLET” markalı ** BT *** sürücüsü adı sonrdan X1 məlum olan şəxs ona yaxınlaşaraq dəymiş zərər əvəzi olaraq 300 manat təklif etməyinə baxamayaraq o, həmin inəyin cins inək olduğunu bildirməklə həmin məbləğdə pulu qəbul etməkdən imtina etmişdir. Həmin vaxt hadisə yerindən keçən nəqliyyat vasitələri baş vermiş hadisə maraqlanmış, hətta həmin nəliyyat vasitələrindən birinin sürcüsü Qədir Abdullayevə “əyər DYP bölməsində yaxında işləyən tanışın varsa zəng elə gəlib yoluna qoysun” dediyini eşitmişdir. Hadisədən təxminən 1 saat sonra hadisə yerinə 193 nömrəli DYP bölməsinə məxsus nəqliyyat vasitəsi gələrək hadisə yerinə heç bir baxış keçirmədən, hadisə yerinin foto şəkilləri çəkmədən hər ikisi rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, tormuz yerinin təxmini ölçərək tormuzun təxminən 20-25 metr olduğunu müəyyən etmiş, hadisə zamanı ölmüş inəyi isə 300 manat dəyərində satmışdır. Hadisənin səhəri isə o, rayon X15 X22 getmiş, lakin həmin vaxt Azər Süleymanov işdə olmadığı üçün ona gözləmisini bildirilmişdir, o, həmin gün saat 16:00 kimi orada gözləmiş sonra isə ona səhər gəlməsini bildirimişlər. O, bundan sonra bir daha Dövlət X22 getməyərək barəsində qəbul ediləcək qərarı evində gözləmişdir ki, həmin qərar gəldikdən sonra məhkəməyə müraciət etsin. Bu hadisədən sonra onun evinə məhkəmədən bildiriş gəldiyi zaman o, bilmişdir ki, iş üzrə inzibati xəta törətmiş şəxs onun barəsinə məhkəmədə iddi qaldıraraq dəymiş ziyanı tələb etmişdir. Bundan sonra o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surətini verilməsi üçün Dövlət X22 rəsmi müraciə etmiş və müraciət əsasında ona inzibati protokol göndərildiyi zaman ona məlum olmuşdur ki, o, baş vermiş hadisə zamanı təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Ona görə də o, həmin protokolun əsassız olduğunu hesab edərək məhkəmədən həmin protokolu ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan əlavə olaraq qeyd edərək bildirmişdir ki, hadisə vaxtı o, iki baş inəyi yolda nəzarətsiz qoymamış və onları asfalt yolu ilə ötürməmişdir. Yalama-Xudat şosse yolu yaşadığları Ləcət kəndinin içərisindən keçir. Ləcət kəndi ərazisində nə piyadalar üçün, nə do ki, mal-qara üçün yeraltı və yaxud yerüstü keçidlər olmadığı üçün kənd camaatı, o cümlədən o, özü də mal-qaranı örüş sahəsinə aparıb gətirəndə həmin şosse yolunu keçib aparmalı-gətirməli olmuşdur. Yuxarıda qeyd etdiyi kimi o, yola baxıb yaxınlaşan avtomobilin olmadığına əmin olub malları yoldan keçirməyə başlamışdır. X14 diqqətli olsaydı o, hadisə yerinə xeyli məsafə qalmış yoldan keçən mal-qaranı görə bilərdi və hadisənin qarşısını ala bilərdi. 2 baş inəkdən biri artıq yolu keçmiş , ikinci inək sürücünün hərəkət zolağına aid hissədən keçərkən yolun içində vurulmuşdur. Hadisəyə qədər sürücü əyləcdən istifadə etmiş, hadisə yerində təxminən 20- 25 metr uzunluğunda tormoz izi qalmışdır. Bu ona dəlalət edir ki, sürücü hadisə yerinə yaxınlaşanda avtomobili yüksək sürətlə idarə etmişdir. Ona görə də qeyd edilənlərə nəzərə alaraq məhkəmədən barəsində Dövlət X19 protokolunu ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 və onun nümayəndəsi və vəkili Vəkil, X5 dediklərini müdafiə edərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət X19 dövlət avtomobil müfəttişi polis kapitanı X10 ifadə verərək bildirimişdir ki, hadsə zamanı o, orada olmamış, hadisə yerinə baxış keçirmək üçün Dövlət X19 inspektoru Eynar Xankişiyev getmişdir. 193 saylı Yol Patrul Xidmətinin əməkdaşının hadisə yerinə kim tərəfindən çağırılmasını bilməmişdir. Hadisə yerində olmasa da, inspektor tərəfindən çəkilmiş şəkillərə baxarraq hadisə yerinin sxemin çəkmişdir. Maraqlı şəxs X6 izahat verərək bildirdi ki, baş vermiş hadisə onun təqsirindən yox, Bayram Zəkiyevin inəklərini nəzarətsiz qoymağından baş vermişdir. O, həmin vaxt hadisədən yayınmaq üçün əyləcdən istifadə etsə də, hadisədən qaça biməmişdir. Həmin vaxt hava qaranlıq olduğundan və inəyi gec gördüyündən hadisə baş vermişdir. Hadisə zamanı o, içkili olmamışdır. Həmin yerdə heç bir xəbərdarlıq nişan olmamışdır. Həmin ərazi yaşayış məntəqəsi olduğundan o, sürət həddini belə aşmamışdır. Dövlət X23 tərəfindən protokolu aldığından sonra o, nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehin yaşayış yeri üzrə yəni Xaçmaz rayon məhkəməsinə iddia qaldıraraq zərər tələb edir. Hazırda iş Xaçmaz rayon məhkəməsindədir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmədən protokulun əsaslı olduğundan ləğv edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, o, həmkəndliləri ilə söhbət edərək 4 yoldan aşağı tərəfə piyada gedərəkən anidən səs gəlmişdir. Ona görə də, səs gələn tərəfə getmişlər. Həmin yerə gəldikləri zaman bir inəyin vurulduğunu, inəyin sahibi Bayram Zəkiyevin də orda olduğunun şahidi olmuşdur. Hadisə zamanı hava tam qaralmamışdı yəni hər hansı bir maneəni görmək imkanı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 da, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.5.2-ci maddələri ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X11 barəsində Xaçmaz rayon X15 X23 tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayon X15 X23 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yolnəqliyyat hadisəsi üzrə müvafiq ekspertiza təyin edilməmiş, barəsində icraat aparılan şəxsi müvafiq sənəd və hərəkətlərlə tanış etmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X9 iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X11 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X11 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X15 X23 tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X5 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X15 X23 tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon X15 X22 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar