Məhkəmə qərarları › İş №3(067)-292/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-292/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-292/2023 27.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olan, Xaçmaz rayonu Mürşüd-oba kəndində evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1350 manat qalıq borcu Abdullayeva Elnurəyə və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1200 ABŞ dolları 700 manat pul və ödənilmiş 48 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1350 manat qalıq borcu Abdullayeva Elnurəyə və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1200 ABŞ dolları 700 manat pul və ödənilmiş 48 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1350 manat qalıq borcu Abdullayeva Elnurəyə və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1200 ABŞ dolları, 700 manat pul və ödənilmiş 48 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməsi barədə qərar qəbul olunmuşdur. Ancaq maddi imkanı olmadığından, hazırda heç bir yerdə işləmədiyindən ödənişi edə bilmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1350 manat qalıq borcu ona qaytarmır. Borcun tam ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1517/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat pul X2, həmçinin Xaçmaz Rayon Məhkəməsinin 2(067)-423/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs 1200 ABŞ dolları 700 manat pul və ödənilmiş 48 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qəraraaldı: xx.xx.1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar