Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-293/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Şikayətçi X5, Xaçmaz rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakları ilə, X5 12 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X8 məhkəməyə müraciət edərək Xaçmaz rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 12 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 12.04.2021-ci il tarixdə saat təxminən 13-10 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsinə dönən istiqamətdə özünə məxsus VAZ 2101 markalı, 10CJ205 dövlət nömrə nişanlı avtomobil ilə Xaçmaz şəhərində olan telefon mağazasına gələrkən Xaçmaz rayon Yol Patrul əməkdaşları tərəfindən idarə etdiyi maşını saxlamışlar. Maşına baxış zamanı ona izah etdilər ki, idarə etdiyi maşın nasaz vəziyyətdədir və yayları (purjunları) yatıb. O, isə öz növbəsində onlara bildirmişdir ki, 2021-ci ildə avtomobili texniki baxışdan keçirib və avtobomilə qarşı heç bir ciddi nöqsan tapılmayıb. Yol Patrul əməkdaşları isə idarə etdiyi maşını Xaçmaz şəhərində Xudat yoluna cərimə meydançasına qoymuşalr. Həmin ərəfədə onlar maşını TP ******* saylı inzibati qərar tərtib edərək onu 150 manat mənləğində cərimə etdilər. O, heç yerdə işləmir və gəlir yeri də yoxdur. Ona görə də ona yazılmış əsassız qərarın ləğv edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X3 izahatında göstərmişdir ki, VAZ 2101 markalı, 10CJ205 dövlət nömrə nişanlı avtomobil şikayət verən şəxs X6 məxsus olsa da, avtomobili onun qardaşı X11 idarə etmişdir və inzibati xəta haqqında qərar X11 barəsində tərtib olunub. Bundan başqa, avtomobilin nasaz vəziyyətdə olması barədə mütəxəssis tərəfindən tərtib olunmuş baxış aktını da məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında Xaçmaz rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X10 tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsinə və Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən 150 (yüz əlli ) manat məbləğində cərimə edlmişdir. İş materiallarına əlavə olunmuş Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş t1174 saylı 12 aprel 2021-ci il tarixli Baxış aktından görünür ki, 12.04.2021-ci il tarixdə saat 17:40 radələrində Vaz 2101 markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, 1) avtomaşının arxa yayları kəsilərək arxa asqı aşağı endirilib, 2) avtomaşının üzərindən çıxan arxa yayların dair sayı 8, uzunluğu 40 sm təşkil edir 3) İstehsalçı tərəfindən həmin avtomaşın üçün nəzərdə tutulmuş arxa yayların dairə sayı 9,5 və hündürlüyü 44 sm təşkil edir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi, inzibati xəta haqqında qərar X12 barəsində tərtib olunsa da, qərardan şikayət verən şəxs X7r. Bundan başqa müəyyən olunur ki, inzibati xəta haqqında qərar yuxarıda göstərilən baxış aktı əsasında tərtib olunub və qərarın ləğv olunmasına heç bir əsas yoxdur. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Xaçmaz rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X2 12 aprel 2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-293/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-293/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver