Məhkəmə qərarları › İş №3(067)-298/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-298/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-298/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1967-ci ildə Xaçmaz rayonunun Pirqulu-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 03 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, onun, 03 fevral 2025-ci il tarixdə oğlunun itkin düşməsi barədə Azərbaycan Respublikası DİN “102” xidmətinə etdiyi müraciətlə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat qrupu sonuncunun yaşadığı ünvana gedərək, etdiyi müraciətlə əlaqədar ərizə verməsini təklif edərkən o, sərxoş vəziyyətdə olmaqla ucadan ünvansız nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilməsiə baxmayaraq, hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdə, saat təxminən 15 radələrində Xaçmaz rayon Qoçaqlı kənd sakini, Şəxs Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək Xaçmaz RPŞ-nə oğlunun itkin düşməsi barədə məlumat verilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyatistintaq qrupunun üzvləri TB-nin təhqiqatçısı, polis kapitanı Sevinc Hüseynova, növbətçi hissənin sürücüsü Rüfət Ağayev və o, birlikdə Şəxs yaşadığı Xaçmaz rayonu, Qoçaqlı kəndində getmşlər. Həmin vaxt vətəndaş Şəxs yaşadığı küçədə görmüş və ərizəsini almaqdan ötrü təhqiqatçı Sevinc Hüseynova onu çağırmışdır. Lakin Şəxs spirtli içkinin təsiri altında olduğu üçün özünü idarə edə bilməmişdir. Belə ki, o yaşadığı küçədə yüksək səslə nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar onu dəfələrlə nizam-intizama dəvət edərək, etdiyi əməlin qanuna zidd olduğunu izah etmişlər, lakin, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hüquqa zidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də onu törətdiyi inzibati xətaya görə barəsində inzibati tədbir görülməsi üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər və o, heç bir etiraz etmədən onlarla RPŞ-nə gəlmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs polis rəisinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “102” xidmətinə zəng vuraraq oğlunun itkin düşdüyü barədə məlumat vermişdir. Uşağın ayağı yaralı olduğundan anası ona demədən xəstaxanaya aparmışdır. O, da uşağı xəstə olduğuna görə narahat olmuş, onu tapmaq üçün də polisə məlumat vermişdir. Həyat yoldaşı ilə boşanmışlar, uşaq anasının yanındadır. O, sərxoş vəziyyətdə olsa da polis əməkdaşlarına söyüş söyə bilməzdi. Sərxoş olduğuna görə nalayiq ifadələr işlətdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. Həmin tarixdə Şəxs “102 qaynar xətt”inə zəng edərək oğlunun itkin düşməsi barədə məlumat vermişdir. Hadisə ilə əlaqədar olaraq Şəxs yaşadığı Xaçmaz rayonu, Qoçaqlı kəndində getdikləri zaman vətəndaş Şəxs nalayiq söyüşlər söyürdü. Onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə tabe olmadığı üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Onu RPŞ-nə gətirmək istədikdə isə vətəndaş polis Şöbəsinə gəlməkdən imtina etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 03 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 fevral 2025-ci il tarixli, 38 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətaya sərxoş vəziyyətdə yol verməsini və səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli, № 71 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 fevral 2025-ci il tarixdə, saat 18:21 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 03 fevral 2025-ci il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən, saat 18:21-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar