Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-299/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon məhkəməsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən xx xxxx 2021-ci il tarixli 00100/0458 saylı qərardadla Masallı rayon məhkəməsinə göndərilmişdir. Masallı rayon məhkəməsinin xx xxxx 2021-ci il tarixli 3(050)-301/2021 saylı qərardadına əsasən qeyd olunan material aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 54427141 və 54586292 nömrəli vaqonlar daxil olmuş taxta yükü Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda **********0234 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin adı qeyd olunan cəmiyyət tərəfindən qəsa idxal bəyannaməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Masallı rayon məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsiliyyət yaranır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbcaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəsmi qeydiyyat ünvanı Masallı rayonu, Ərkivan kəndidir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsiliyyəti müəyyən edir, yəni bu inzibati xəta hərəkətsizlik nəticəsində törədilmiş hesab olunur. Beləliklə də, hüquqi şəxs Şəxs MMC qeydiyyatda olduğu Masallı rayonunda hərəkətsizliklə inzibati xəta törətdiyindən, həmin rayonun məhkəməsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmələr arasında aidiyyət məsələləri üzrə mübahisə yarandığından, aidiyyət məsələsini Apelyasiya məhkəməsi tərəfindən həll edilməlidir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon məhkəməsindən daxil olmuş materialın aidiyyət məsələsinin həll edilməsi məqsədilə Sumqayıt Apelyasiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon məhkəməsindən daxil olmuş inzibati xətanın törədilməsinə dair materialın aidiyyət məsələsinin həll edilməsi məqsədilə Sumqayıt Apelyasiya məhkəməsinə göndərilsin. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-299/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-299/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver