Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-3/2022 17.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Xaçmaz Mənzil Kommunal Təsərüffatı İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş materiallarından müəyyən olunur ki, 04.08.2021-ci il tarixli 69150 saylı akt və 04.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində torpaq ayırma sənədləri olmadan poliqonun yaradılması, həmin poliqon ərazisinə bərk məişət tullantılarının daşınaraq yandırılması faktı aşkar olunmuşdur. Bundan sonra inzibati xəta haqqında toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxsin təqsiri yoxdur. Poliqon uzun müddətdir həmin ərazidədir və kənd sakinlərinin yaşadığı ərazidən kənarda, ətraf mühitə və əhalinin sağlamlığına zərər vurmayan yerdə yerləşir. Poliqonun ayrılmasına dair ilkin torpaq ayırma sənədləri hazırda Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində yoxdur. Lakin poliqon uzun müddətditr ki, həmin ərazidədir və onun ayrılması haqqında ilkin torpaq ayırma sənədləri olmalıdır. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Xaçmaz şəhərinin məişət tullantıları əvvəllər Xaçmaz şəhərinin Dağıstan küçəsində yerləşən poliqona daşınmış və orada basdırılaraq zərərsizləşdirilməsi işi aparılmışdır. Həmin poliqon yaşayış evlərinə bitişik ərazi olduğundan yaxın ərazidə yaşayan əhalinin sağlamlığını və respublikanın müxtəlif orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq poliqonun yaşayış məntəqələrindən kənar bir əraziyə köçürülməsi zərurəti və məcburiyyəti yaranmış və bununla əlaqədar yeni poliqonun yaradılması üçün Niyazoba kəndinə məxsus istifadəyə yararsız və yaşayış məntəqələrindən kənarda yerləşən ərazi seçilmişdir. Həmin ərazi zibil poliqonu kimi istifadə üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə təhkim edilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində torpaq ayırma sənədləri olmadan poliqon yaradıldığını, poliqon ərazisində bərk məişət tullantılarının yandırılması faktının müəyyən olunduğunu bildirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi barədə qanuvericiliyə müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını işin materialları ilə əlaqəli şəkildə araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsinin, inzibati protokolu tərtib etmiş 5 saylı Regional Ekologiya və X4 nümayəndələrinin çıxışlarını dinləyib, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək aşağıda göstərilən səbəblərə görə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Aparatının 62 saylı məktubundan görünür ki, Xaçmaz şəhərinin məişət tullantıları Xaçmaz şəhərinin Dağıstan küçəsində yerləşən poliqona daşınmış və orada basdırılaraq zərərsizləşdirilməsi işi aparılmışdır. Həmin poliqon yaşayış evlərinə bitişik ərazi olduğundan yaxın ərazidə yaşayan əhalinin sağlamlığını və respublikanın müxtəlif orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq poliqonun yaşayış məntəqələrindən kənar bir əraziyə köçürülməsi zərurəti və məcburiyyəti yaranmış və bununla əlaqədar yeni poliqonun yaradılması üçün Niyazoba istifadəyə yararsız və yaşayış məntəqələrindən kənarda yerləşən ərazi seçilmişdir. Həmin ərazi zibil poliqonu kimi istifadə üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə təhkim edilmişdir. Qeyd olunan məktubdan da göründüyü kimi, Xaçmaz şəhərinin Dağıstan küçəsində yerləşən poliqon yaşayış evlərinə bitişik ərazi olduğundan yaxın ərazidə yaşayan əhalinin sağlamlığını və respublikanın müxtəlif orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq poliqonun yaşayış məntəqələrindən kənar bir əraziyə köçürülməsi zərurəti və məcburiyyəti yaranmış və bununla əlaqədar yeni poliqonun yaradılması üçün Niyazoba kəndinə istifadəyə yararsız və yaşayış məntəqələrindən kənarda yerləşən ərazi seçilmişdir. Həmin ərazi zibil poliqonu kimi istifadə üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə təhkim edilmişdir. Göründüyü kimi, Niyazoba kəndinə istifadəyə yararsız və yaşayış məntəqələrindən kənarda yerləşən ərazi zibil poliqonu kimi istifadə üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə təhkim edilmişdir. Məhkəmə hesab edir ki, Niyazoba kəndinə yerləşən ərazi zibil poliqonu kimi istifadə üçün Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə təhkim edildiyindən həmin hüquqi şəxsin hərəkətlərində İXM-nin 266.2 və 271-ci maddələrinə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətləri (subyektiv cəhət) yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53 və 114-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xaçmaz Mənzil Kommunal Təsərrüfat İdarəsi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-3/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-3/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver