Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-3/2023 12.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, X1 iştirakı ilə, X1 BDYPİ-nin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi və sair barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X2 məhkəməyə müraciət edərək BDYPİ-nin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində və idarəçiliyində “Volkswagen Touareg” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O, həmin avtomobillə Bakı şəhərindən Xaçmaz rayonu istiqamətdə hərəkətdə olan zaman Bakı-Xaçmaz yolunda olan BDYPİ-nin “Zarat” stasionar postunda YPX əməkdaşları onu saxlamışlar və xüsusi texniki vasitələrlə onun tərəfindən müxtəlif vaxtlarda bir neçə dəfə inzibati xətaların törədilməsi faktlarının aşkar edildiyini və barəsində elektron protokolların tərtib edildiyini bildirmişlər. O, bu barədə heç bir məlumatının olmadığını bildirmiş və bu zaman orada olan əməkdaşlar elektron sistemə daxil olaraq həmin qeydləri ona göstərmişlər. Elə həmin gün barəsində olan bütün elektron protokollar üzrə elektron qərarlar sistemə daxil edilmişdir. Hamin elektron qərarlardan biri də xx.xx.2020-ci il tarixli, EQ ******* saylı elektron qərardır. Həmin qərara əsasən o, Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş həmin elektron qərar qanunsuz olmaqla tərtib edlərkən İXM-nin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, həmin qərar digər qərarlarla birlikdə eyni gündə, yəni “Zarat” stasionar postunda saxlanılarkən elektron sistemə işlənilmişdir. Bu həm də onunla təsdiq edilir ki, əvvəlcə hər bir qərarın, o cümlədən barəsində şikayət etdiyi qərarın qarşısında 10 faiz endirimli məbləğ yazılmış, sonradan isə təxminən 1 ay keçdikdən sonra hər bir qərara görə eyni məbləğdə dəbbə pulu hesablanmışdır. Halbuki barəsində şikayət etdiyi qərar xx.xx.2020-ci il tarixdə törədilmiş inzibati xətalara görə qəbul edilmişdir. Həmin xəta İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) xətadır. Lakin indiyədək bir dəfə də olsa heç bir YPX əməkdaşı onu saxlayaraq həmin inzibati xətalar haqqında məlumat verməmiş, bununla bağlı bildiriş təqdim etməmişlər. Halbuki İXM-də inzibati xəta haqqında məlumat barədə bildirişin təqdim edilməsi üçün nəqliyyat vasitəsinin saxlanılması və bildirişin təqdim edilməsi halı nəzərdə tutulmuşdur. Barəsində qəbul edilmiş həmin qərar real vaxt rejimində tərtib edilməmiş, bu səbəbdən də onun inzibati məsuliyyətə cəlb edilməsi müddəti keçmişdir. Azərbaycan Respublikası DİN-nin BDPİ-nin “Zarat” stasionar postunun YPX əməkdaşları tərəfindən elektron sistemə daxil edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı elektron qərar qanunsuz olduğundan və İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən ləğv edilməsini, həmin qərar üzrə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində qeyd olunanlara uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı şikayətdə qeyd olunan halların araşdırılması üçün qarşı tərəf məhkəmə iclasına dəvət olunsa da, iclasda iştirak etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər, həmçinin mübahisələndirilən qərarın qanuni və əsaslı olmasını təsdiq edən digər sübutlar inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. BDYPİ-nin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-3/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-3/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver